ATATÜRK – Akif Abbasov

Atatürk_(pyes-kitab)29 oktyabr – Türkiyə Cümhuriyyəti Günüdür!ATATÜRK

(iki pərdə, dörd şəkildə pyes)

 

İştirak edənlər:

 

Mustafa Kamal Atatürk – Böyük Millət Məclisinin və milli hö­­kumətin sədri, Baş komandan, marşal

Mustafa İsmət İnönü – Qərb Cəbhəsinin Komandanı, albay (pol­kovnik), sonradan general

Mustafa Fevzi Çakmak paşa –  1922-ci ildən marşal

Rüfət paşa – Cənub Cəbhəsinin komandanı, albay

Nurəddin paşa – I ordunun komandanı

Yaqub Şövqi paşa – II ordunun komandanı

Fəxrəddin Altay paşa – süvari kolordu (korpus) komandiri

Aydan – gənc qız, Poladlı kəndindən vətənpərvər

Fərhad, AzərBaycan – Azərbaycandan gələn kö­nül­­lülər, Sa­­­kara Meydan müharibəsi və Böyük türk hücumunun iştirak­çı­la­­rı

Millət vəkilləri

Çərkəz Ədhəm – əvvəllər milli mübarizədə iştirak edən, son­ra­dan özü dəstə düzəldərək milli hökumətə qarşı duran şəxs

General Papulas – yunan generalı

General Trikopis – general, I yunan ordusunun komandanı

General Diyenis – general, II yunan ordusunun komandanı

Türk zabitəsgərləri

Yunan zabitəsgərləri

Salih Bozok – Atatürkün baş yavəri

Dərviş paşa – minbaşı (mayor), XI tümənin (diviziyanın) ko­­­man­diri, sonralar kolordu (korpus) komandiri

 Xalidə Edib Adıvar – onbaşı, Atatürkün silahdaşı

Lətifə Uşaqlıgil – hüquq təhsilli, müasir qız, Ata­tür­­kün həyat yoldaşı

Yəhya Qalib Kargi – zabit

Samət Erkan – Çərkəz Ədhəmin dəstəsində yaraqlılar

Yılmaz – Çərkəz Ədhəmin dəstəsinə qoşulmuş vətənpərvər

Metin, Özgün, Bəyazid, UğurOzan – milli ordunun əs­gər­­ləri

Hərbi geyimli oğlanqız – müəllif mətninin ifaçıları

TofiqRəşid – Çərkəz Ədhəmin qardaşları

Yunan əsirləri

SərkisLevon – ermənilər, yunan ordusuna satılmışlar

Murat, Musa, yaşlı qadınonun qızı, xəstə uşaq – kənd sa­kin­ləri

 

I PƏRDƏ

 

Birinci şəkil

 

Kütahya. Çiyni tüfəngli iki nəfər səhnədə görünür.

Be­­llərində patrondaş var. Onlar təpənin ətəyində

əy­ləşib ələ keçirdikləri qəniməti yerə boşaldır,

saf-çürük edir, öz hünərlərindən ağız dolusu

da­nışırlar.

 

Erkan. Ay Samət, bu insan deyilən məxluq hərdən niyə belə küt olur?! Görür əlimdə tüfəng, belimdə patrondaş var. Bir su içim saatda gülləbaran edəcəm, yenə tərsliyindən əl çəkmir. Adı nə­­dir onun?! Hə, Fazli.

Samət. Yenə nə olub?

  1. Deyirəm, əlim-ayağım dəyməmiş gətir ev-eşiyindəki çə­­kidən yüngül, vəzndən ağır şeyləri. Sakitcə götürüb aparım. Nə ca­vab versə yaxşıdır? Deyir, onları birgə qazanmışıq ki, bölək. İrə­li yeridim ki, evə girim, qabağıma keçdi. Gülləni verdim ayağa, dol­durdum qarnına. Arvad-uşağın naləsi göyə qalxdı. Bunu istə­yir­din?..

Samət. Sən düz deyirsən. Mənim də başıma belə iş gəlib. Əlim­dəki kağızı aparıb Əli bəyə verirəm. Key-key üzümə baxır. De­yirəm, Çərkəz Ədhəmin göstərişidir, vəzifəni çolaq Çeliyə təh­vil verməlisən. Bundan belə kəndin böyüyü odur. Nə cavab versə yax­şıdır: mənciyəzi bu yerə milli hökumət qoyub. Odur ki o hö­ku­mətin buyruqları ilə oturub-dururam. Başqasının sözü mə­nim­çin qanun deyil.

Erkan (əlini saxlayıb maraq dolu gözlərini ona zilləyərək). Bəs sonra? Sonrası necə oldu?

Samət. Əli bəyin yan-yörəsində adam çox idi. Tərs-tərs üzü­nə baxıb düzəldim yola. Əhvalatı Ədhəmə danışdım. Sözümü bi­tir­məmiş atlanıb kəndə sarı çapdı. Əli bəyin Allah üzünə baxdı, Çər­kəz Ədhəmin birdən-birə ürəyinə elə bil rəhm dolmuşdu. Onu öl­dürmədi. Fəqət atdan yerə sıçrayıb Əli bəyi qamçısının altına sal­­dı.

  1. Çərkəz Ədhəm aslan ürəklidir. Milli hökumət də, mil­li ordudakılar da ondan çəkinirlər.

Samət. Doğru buyurursan, qardaşım. Milli hökumət onun­la bacarmır.

Erkan. Onun dəstəsinə qoşulandan bəri ağzımız dada gəlib. Həm yaxşı məvacib verir, həm də kənddə-kəsəkdə əlimizə keçəni çır­pışdıra bilirik.

Yılmaz gəlir.

Yılmaz (yoldaşlarının qarşısındakı qəniməti görərək). Yenə fə­­qir-füqəranı çalıb-çapmısınız? Ayıbdır. Bu camaatı niyə in­ci­dir­si­niz? Bir qarın ac, bir qarın tox dolanırlar. Çərkəz Əhməd gərək bu­na yol verməyə. Belə davam etsə, gedib milli orduya qo­şu­la­ca­ğam.

Samət. Yılmaz, qudurma. Yediyin Ədhəmin çörəyidir. Acın­dan uşaqlarının heyi kəsilmiş, boyunları armud saplağına dön­müşdü.

Yılmaz. Allah kəssin belə çörək qazanmağı! Mən Ədhəmin dəs­təsinə qoşulanda o, Mustafa Kamalın silahdaşı idi. Qurtuluş sa­vaşında iştirak edirdi.

  1. Ədhəm Mustafa Kamaldan geri qalan oğul deyil. Böy­lə isə niyə milli hökumətə Çərkəz Ədhəm yox, Mustafa Ka­mal rəhbərlik edir?

Yılmaz. Ay qardaşlar, vallah başınıza hava gəlib. Gör kimi kim­lə müqayisə edirsiniz?! Mustafa Kamal generaldır.

Samət. General idi. Padşah Vəhdəddin xan onun hərbi rüt­bə­sini də təltiflərini də əlindən alıb. İndi o da bizim kimi adi əs­gər­dir.

Yılmaz. Mustafa Kamal general rütbəsindən ona görə məh­rum edilməyib ki, o buna layiq deyil. O, Ankarada milli hökumət ya­ra­dıb, milli ordunu formalaşdırır. Padşahı qəzəbləndirən bu­dur. Mustafa Kamal onun başının üstündən iş görür. Bəs Mus­ta­fa nə etsin? Padşah əlini əlinin üstünə qoyub baxır. Düşmənlər də bir-bir torpaqlarımızı tuturlar.

Erkan (qəh-qəhə çəkir). Yenə deyirsən Mustafa Kamal o qə­dər dövlətlərlə kəllə-kəlləyə gələcək? Bir yanda ingilislər, o yanda rus­lar, bir tərəfdə yunanlar, o biri tərəfdə italyanlar…

Samət. Hələ daxildən ermənilərlə rumlular da baş qal­dırıb­lar­.­

Yılmaz. Mustafa Kamal adi adam deyil. Çanaqqala, Arı­bur­nu, Anfartalar uğrundakı əfsanəvi döyüşlər də, qələbələr də onun adı ilə bağlıdır. Məgər bunu unutmusunuz?

Samət. A kişi, dünəndən yox, bu gündən danış. Onda türk­lə­rin arxasında Almaniya durmuşdu.

Yılmaz. Biz ağla gəlməliyik. Belə getsə, vətən əldən gedəcək. Pad­şah öz hayında, Çərkəz Ədhəm də özünə dəstə düzəldib dağ­la­ra çəkilib. Milli hökumət ortada qalıb, düşmənlə təkbaşına mü­ba­rizə aparır. Padşahla Ədhəm kömək etmir-etmir, heç olmasa Mus­tafa Kamalın əl-ayağına dolaşmasınlar.

Bu zaman Çərkəz Ədhəm, yanında qardaşları Tofiqlə

Rəşid və bir neçə əsgər görünürlər.

Çərkəz Ədhəm (Yılmazın son sözlərini eşidərək). Nə dedin? Bir də təkrar elə.

Yılmaz. Dediyim odur ki, tərsliyi, qarəti bir kənara qoyaq, ge­dib milli orduya qoşulaq.

Çərkəz Ədhəm (sinirli). Bu əsgərin dili uzundur, deməli, ba­şı­na bəladır. Nə danışdığını bilmir. Odur ki, aparıb dilini kəsin. Son­ra buraxın, hansı cəhənnəmə gedir-getsin.

Yılmaz. Allahdan qorx, Ədhəm. Nahaq qan tökmə! Mən hə­qiqəti deyirəm. Həqiqətin ağzını yummazlar. Mən ölümdən qorx­muram, amma bir çətən külfətim var. Məni şikəst eləmə.

Çərkəz Ədhəm (kinayəli).Sən başqalarının da ağzına dil atır­san. Yaxşı, sənin günahından keçərəm, amma… Bayaqdan qə­lət elədiyini boynuna al, sonra gəl, mənim çəkmələrimi öp (o, uzun­boğaz çəkmələrini qaldıraraq gözləyir).

Yılmaz. Mən olanı dedim. Dilimi kəsə bilərsən.

Çərkəz Ədhəmin işarəsi ilə Yılmazı aparırlar. Yaraqlılar milli ordu geyimində olan iki nəfəri gətirirlər.

Çərkəz Ədhəm. Bunlar nə istəyirlər? Onları buraya əcəl gə­ti­rib çıxarıb?!

I yaraqlı. Öz ayaqları ilə gəliblər. Bunlar elçilərdir.

Çərkəz Ədhəm (qəh-qəhə çəkir). Məgər bizim ərə getməli qı­zı­mız var ki, elçi düşüblər?

II yaraqlı. Onları İsmət paşa göndərib.

Çərkəz Ədhəm. İsmət paşanın buyurduğu nədir?

  1. İsmət paşa istəyir ki, haqq yoluna gələsiniz.

Yaraqlılardan biri tüfəngin qundağı ilə onun boynunun ardın­dan vurur. Ozan dizi üstə yerə yıxılır. Tofiq ayağını onun belinə qo­yur.Ozan çabalayır, lakin qalxa bilmir.

Çərkəz Ədhəm (qəzəbli, əlindəki şallağı uzunboğaz çək­mə­lə­ri­nə vuraraq). Demək istəyirsən ki, mən haqq yolunda deyiləm. Al­lah adamı sizin İsmət paşadır? (üzünü o biri elçiyə – Metinə tu­ta­­raq).Tez ol, sözünü de.

Metin (çəkinə-çəkinə).Bu tövr parçalanmağımız düşmənin xe­yrinədir. Umu-küsünü bir kənara qoymaq lazımdır, əfəndim. İs­mət paşa bizi göndərdi deyək ki, ya tərksilah olun, ya da Qərb Cəb­həsinin komandası altına keçin.

Çərkəz Ədhəm. Nə ağıllı oğlansan, lap ağaların kimi da­nı­şır­san.

Ozan (ayağa qalxa-qalxa). Ağa, qul İstanbulda – Ulduz sa­rayındadır. Padşah öz xalqına siz deyən kimi baxır… Milli hö­ku­mətdə bu münasibət yoxdur. Bir araya gəlmişik ki, düşmənləri öl­kəmizdən qovaq. Qovarıq – inşallah!

Tofiq (irəli yeriyib onun üzünə tüpürərək). Bundakı cəsarətə bax. Hələ bilmir ki, kimin hüzurundadır. Sənin təki yoluqlarla tez qo­varsınız yunanları inşallah.

Çərkəz Ədhəm (istehza ilə gülərək). Mən Qərb Cəbhəsi de­yi­lən cəbhəni tanımıram. Onun komandanını da tanımaq is­tə­mi­rəm. O kimdir ki, məni öz hüzuruna çağırsın. Sözü var, buyurub özü gəlsin, cavabını da alsın.

Tofiq (hiddətlə). Sizin milli hökumətiniz də, Böyük Millət Məc­­lisiniz də bizim üçün mövcud deyil. Biz öz hökumətimizi qu­ra­cağıq.

Rəşid. İndi gedə bilərsiniz.

Çərkəz Ədhəm (əlinin işarəsi ilə elçiləri saxlayır). Yox, belə ol­maz. Qonaqları hörmət-izzətlə yola salmaq lazımdır.

Dərhal dörd nəfər elçilərin üstünə yüyürür. İkisi Ozanın, ikisi də Metinin qolundan yapışır. Daha iki nəfər onlara yaxınlaşıb xəncərlərini sıyırırlar.

Ozan (astaca Metinə). Yoxsa başımızı kəsmək istəyirlər?

  1. Bunlardan nə desən çıxar. Görmürsən gözlərini qan tu­tub.

Çərkəz Ədhəm. Burada yox, kənara çəkin. Öldürməyin. Ne­cə olsa, elçidirlər. Ancaq bunlara dərs olsun deyə, birinin sağ, o bi­rinin sol qulağını kəsin. Atlarını da alın, canları çıxar piyada ge­dərlər.

 Ozanla Metini aparırlar. Çərkəz Ədhəm qardaşları Tofiq və Rəşidlə gedirlər. Şəkil dəyişir. Atatürk yazı masasının arxasında əy­­ləşib nəsə yazır. Sonra ayağa qalxıb gəzinir. Masanın ar­xa­sın­da­kı divarda xəritə var. Atatürk dönüb xəritəyə baxır və əli ilə təhlükə göz­lə­nilən əraziləri gəzir. Baş yavər Salih Bozok içəri girir.

Salih Bozok. Paşa həzrətləri, özünüzü yorursunuz. Həkim mə­­nə tapşırıb ki, sizə göz qoyum. Səhər yeməyi də yemirsiniz.

Atatürk. Salih bəy, sən ki bilirsən mən səhərlər yemək ye­mi­rəm. Axırıncı dəfə nə zaman yediyim də yadıma gəlmir.

Salih Bozok. Amma günorta yeməyində gərək əvəzini çı­xa­sı­nız. Nahara paxlalı plov hazırlayıblar.

Atatürk. Hə, bu mənim sevimli yeməyimdir.

Salih Bozok. Siz dincəlməlisiniz. Yaxşı olar ki, yatağa uza­na­sınız.

Atatürk. Eh, Salih Bozok, ölkədə vəziyyət yaxşı deyil. Yat­maq­la, dincəlməklə bunların öhdəsindən gəlmək olmaz. Tür­ki­yə­ni ayaq üstə qaldırmaq üçün çox əziyyətlər çəkməli, çox məh­ru­miy­­yətlərə dözməli, saysız-hesabsız itki verməli olacağıq. Gör nə qə­dər düşmənimiz var, ilahi! Biri ilə müharibəni qurtarmamış o bi­ri gəlib çıxır…

Yavər. Böyrəkləriniz yenə ağrıyırmı?

Atatürk. Bir az ara verib. Sən narahat olma (Salih Bozokun da­yanıb baxdığını görüb). Yaxşı, kresloda oturub gözümün acısını ala­ram. Yorğunluğum da keçər.

Salih Bozok çıxır. Atatürk kresloda əyləşib gözlərini yu­mur. Çərkəz Ədhəm sağ böyründə tapança daxil olur.

Atatürk (hənirti eşidib gözlərini açır, yerindən bir qədər dikə­lir). Ədhəm, bilirdim ki, gələcəksən. Buyur, görüm hansı xəbərlə gəl­­­misən.

Çərkəz Ədhəm. Buraya Mustafa Kamalla haqq-hesabı çü­rüt­məyə gəlməmişəm. İsmət paşa dalımca adam göndərmişdi. Bu mə­nə ağır gəldi. Fikirləşdim sizinlə danışım. Əfəndim, İsmət paşa ilə münasibətimin sərin olmasından, yəqin ki, xəbəriniz var. O mə­nimlə düz dolanmır…

Atatürk. Bəlkə sən onunla düz dolanmırsan?

Çərkəz Ədhəm (özünü o yerə qoymayaraq). Sizdən bir tə­vəq­qəm var. Əgər sizinlə dost münasibətində olmağımı istəyirsinizsə, İs­­mət paşanı komandanlıqdan kənarlaşdırıb onun yerinə məni tə­yin edəsiniz. Bacarığıma, qabiliyyətimə də, şükür Allaha, bələd­si­­niz. (Atatürkün fikrə getdiyini görərək). Döyüşməkdə, qoşunu ida­­rə etməkdə də ondan geri qalmıram.

Atatürk (acı-acı). İsmət paşa sərkərdədir. Sən isə yol kəsən, dağ­­lara çəkilib karvan soyan, fəqir-füqəranı incidən, adam öl­dü­rən… Bax fərqiniz budur. Sənin istəyin mümkün olan şey deyil.

Çərkəz Ədhəm. İsmət paşa adam öldürmür?

Atatürk. Öldürür, lap canını da alır. Baxır hansı adamı. O, öl­­d­ür­düyü adam bu vətənin torpağını tutmaq istəyəndir, qız-gə­lin­­lərimizə sataşan, onları ərsiz, oğul-qızlarımızı atasız qoymaq is­­təyəndir. Şərəf və ləyaqətimizi, qeyrətimizi tapdamaq is­tə­yən­lə­rin qanı halaldır.

Çərkəz Ədhəm. Deməli, bizim sövdəmiz baş tutmadı.

 Çərkəz Ədhəm əlini tapançasına atır. Atatürk də cəld ta­pan­­­ça­sını çıxarır. Bir-birlərinə tuşlayırlar. Ədhəmin yaraq­lı­ların­dan­ bi­ri başılovlu özünü içəri atır.

Yaraqlı. Əfəndim, getmək lazımdır. Əsgərlər buraya gə­lir­lər. Az sonra aradan çıxmaq çətin olajaq.

Milli ordunun bir neçə əsgəri tələsik gəlir.

Çərkəz Ədhəm (tapançasını yerinə qoyur). Eşitdim paşa na­saz­­­­­­dır, kefini soruşmağa gəldim.

Atatürk də tapançasını qabına qo­­­­yur. Əsgərlər Mustafa Kamala baxaraq onun əmrini g­­ö­z­­­­­­­­­­­lə­­yirlər.

Atatürk. İşiniz olmasın, qoyun atlanıb getsinlər.

Ədhəm və yaraqlıları çıxırlar. At ayaqlarının səsi eşidilir.

Salih Bozok (həyəcanlı gəlir). Ədhəmin içəri girdiyini görüb qə­­­rargaha zəng etdim. Tez gəldilər. Paşa həzrətləri, sizin təh­lü­kə­siz­­liyinizi qorumalıyıq. Razı olsanız da, olmasanız da mühafizə dəs­təsi yaradılacaq.

Atatürk (saatına baxaraq). Dəvət olunan şəxslər ge­cik­mir­lər­ ki?

Salih Bozok. Xeyr, əfəndim, harada olsalar, gəlib çıxarlar. Çöl­­­dən səs gəlir. Deyəsən yaxınlaşırlar.

Fevzi paşa Çakmak, İsmət paşa, Rüfət paşa daxil olurlar. Gö­­­­rüşürlər.

Atatürk (yer göstərir). Əfəndilər, buyurun, əyləşin. Yəqin si­zi nə üçün çağırdığımı bilirsiniz. Osmanlı dövlətinin təməlləri çök­müş, ömrü sona çatmışdır. Ortada bir ovuc türkün dolandığı ata yurdu qalıb. Düşmənlərin son məqsədi onu da bölməkdən iba­rətdir.

Fevzi Çakmak paşa. Doğru buyurursunuz, əfəndim.

Atatürk. Məni bu ciddi və məsuliyyətli məsələ çox narahat edir. Yadınızda varsa, yunanlar iyun ayında Qərb Cəbhəsində ümu­mi hücuma başlamışdılar. İşğalçılarla əlbəyaxa vuruşa türk kö­nüllüləri qalxmışdılar. Onlar düşmənə zərbələr endirsələr də, yu­nanlar Bursa və Uşaq şəhərini tuta bildilər. Niyyətləri hücumu ge­nişləndirmək idi. İstanbul hökuməti hələ ki mövcuddur. Sultan və Xəlifə VI Mehməd Vəhdəddin hələ də taxt-tacındadır. Zira bu tax­tda müqəvva kimi oturur, hadisələri sadəcə seyr etməklə kifa­yət­lənir. Öz mövqeyindən utanıb-qızarmaq əvəzinə sabun kö­pü­yü kimi şişir, azacıq havaya qalxan kimi partlayır.

Fevzi Çakmak paşa. Özü də nə şişməyi, nə də partlamağı xal­­qa, yurda, torpağa xeyir gətirmir.

Rüfət paşa. Vəhdəddin padşah o qədər acizləşib ki, böyür-ba­şında dolaşan, ona yaltaqlanan nökər-naiblərinin yanında da cı­lız görünür. Fəqət həmin şəxslər öz yağlı dərilərini qorumaq üçün Sultanın müdafiəsində durur, göstərişlərini yayırlar.

İsmət paşa. Sultan iş görmək əvəzinə, öz qınına çəkilib xırda his­slərlə yaşayır. O yanda da yunanlar Türkiyəni zəbt etmək plan­la­rı tökürlər. Əslində Sultan və İstanbul hökuməti yunanlara qar­şı durmaq iqtidarında da deyil. Bağlanmış mü­­qavilənin şərtlərinə görə, Osmanlı ordusu rəsmi şəkildə ləğv və tərk-silah edilib.

Atatürk. Bütün bunları fikirləşdikcə adam sinirlənir, hir­sin­dən boğulmaq dərəcəsinə gəlir, milli şərəfini, milli ləyaqətini al­çal­­dılmış hesab edir. Əfəndilər, bu xəyanətdir! Milli xəyanət! Düş­­­mən ölkənin içərilərinə soxulur, biz isə aramızda nəyisə ayırd edi­rik. İstanbul hökuməti köməyimizə yetmək əvəzinə bizə mane olur.

İsmət paşa. Sözlərinizdə haqlısınız, paşam.

Atatürk. Bildiyiniz kimi,İstanbul hökuməti Antanta döv­lət­lə­ri ilə Sevr müqaviləsi bağlayıb. Padşah bizə qarşı qəzəblidir. Edam edə­cə­yi i­lə hədələyir. İstəyir ki, biz də onun kimi əlimizi əlimizin üstünə qo­­yub oturaq. Düşmən də bizi qul, nökər etsin, gündə neçə kərə bi­zə hədyanlar yağdırsın. Əfəndilər, yunanlar ərazilərimizi işğal edib­lər, bununla dayanmayacaq, işğalı davam etdirəcəklər…

Fevzi Çakmak paşa. Paşam, kim deyir ki, biz əlimizi əli­mi­zin üstünə qoyub oturacağıq?!

Atatürk. Təklifin nədir,Fevzi Çakmak paşa?..

Fevzi Çakmak paşa. Sultan ordusu dağıldığı üçün yunan­la­rın qarşısına könüllülərdən ibarət dəstələr çıxır. Onlar bəziləri ki­mi kol dibində gizlənməyi qeyrətlərinə sığışdırmırlar. Ölümün gö­zü­nə dik baxaraq döyüşlərə atılırlar. Bu, vətənpərvərlik ruhudur ki, biz bunu alqışlayırıq. Fəqət dağınıq dəstələr şəklində düşmən qa­ba­ğına çıxmaq bizi məhv edər…

İsmət paşa. Fevzi Çakmak paşa haqlıdır, əfəndim. Bizi nə üçün dəvət etdiyinizi, sözsüz, bilirik. Sizin kimi biz də bu qəna­ət­də­yik ki, nizami ordu yaradılmalıdır. Özü də təcili…

Atatürk (ayağa qalxaraq).Təcili yox, günü bu gündən! Kö­nül­lü təşkilatları və milli qüvvələri birləşdirməli, milli ordumuzu for­malaşdırmalıyıq (əyləşir). Bu, məsələnin bir tərəfi. Biz bütün qüv­vələrimizi səfərbərliyə almaq istədiyimiz anlarda içərimizdən bə­zi qüvvələr düşmən dəyirmanına su tökür. Çərkəz Ədhəm öz­ba­­şınalığını davam etdirməkdədir. Bu, mənim rahatlığını pozur. Əd­həmi başa salmaq, onu haqq yoluna qaytarmaq, millət, türk xal­qı, Vətən qarşısında məsuliyyətini ona anlatmaq lazımdır. İs­mət paşa mənim tapşırığımla onun yanına elçilər yola salıb ki, si­la­hı yerə qoysun. O da cavab olaraq Metinlə Ozanın qulağını kə­sib üstümüzə göndərib. Bir az əvvəl mən özüm də Çərkəz Əd­həm­lə söhbət etdim. Fəqət faydası yoxdur

Rüfət paşa. Doğru deyirlər ki, Allah birisini bədbəxt etmək is­təyəndə, yəni başına daş salmaq istəyəndə əvvəlcə onun ağlını alır. Bu Ədhəmin də, deyəsən, ağlı çaşıb.

Atatürk. Ata-babalarımız belələrini nəzərdə tutaraq demiş­lər: «İnsanın zilləti də öz əlindədir, illəti də».

Fevzi Çakmak paşa. Kaş elə bir cihaz ixtira edəydilər ki, onun­la insanın daxli görünəydi. Adam var ki, ikili həyat sürür, iki­li xarakterə malikdir. Zahiri bir cür, daxili bir başqa cür. İn­sa­nın daxilində iki qüvvə olur: xeyir və şər. Mələk və şeytan. Şərə, şey­tana qalib gələndə insan əxlaqi cəhətdən saflaşır, mə­nə­viy­yat­ja kamil olur. Vay onda ki, şər xeyirə, şeytan mələyə qalib gələ – in­san başlayır şər toxumu səpməyə, pislik etməyə. Görünür, Çər­kəz Ədhəmin daxilindəki şeytan zahirinə çıxıb.

Atatürk Mən də sizinlə razıyam ki, Ədhəm əvvəllər belə de­yil­di. Qardaşları ilə birlikdə milli qurtuluş savaşında irəlidə ge­dir­di. Elə ki Ədhəm bəzi uğurlar qazandı, ətrafına adamlar topladı, çe­vrilib oldu başqa bir insan.

Rüfət paşa. Onun özbaşınalığı günü-gündən artır. Kütahya dağ­larına çəkilib burada yarımpadşahlıq edir.

Atatürk. Rüfət paşa, hələ bu nədir ki? Ən betəri odur ki, yu­nan­ların, rusların qabağında quyruq bulayır, onlara casusluq edir. Bəli, əfəndilər, sizinlə görüşümün əsas səbəblərindən biri də bu­dur. Çərkəz Ədhəm milli mübarizəmizdə artıq qara bir ləkəyə çev­rilib. Bu ləkəni yumaq, rədd eləmək lazımdır.Biz dedik mə­sə­lə­ni xoşluqla yoluna qoyaq, qardaş qanı tökülməsin. Onun ət­ra­fı­na toplaşanlar aldadılmış adamlardır. Ədhəm onları qorxut­maq­la, yalan vədlər verməklə yanında saxlayır, öz çirkin niyyətlərini, bəd əməllərini aşırmaq üçün onlardan istifadə edir.

Fevzi Çakmak paşa. Son qərarı qəbul etməzdən əvvəl ona im­kan verdik. Dedik bəlkə yola gəldi. Fəqət…

Atatürk. Fevzi paşa, qarşıda bizi düşmənlərimizlə amansız dö­yüşlər gözləyir. Yunanlar hücuma hazırlaşırlar. Ədhəmin qüv­və­lərini zərərsizləşdirməsək, iki cəbhədə vuruşmalı olacağıq.

İsmət paşa. Tamamilə haqlısınız, əfəndim. Günü sabah si­lah­lı qüvvələrimizi Kütahya istiqamətinə yola salaram.

Atatürk (ayağa qalxaraq, dəvət olunanlara bir-bir əl uza­dır). Əfəndilər, ölkədəki vəziyyəti anlatmaq üçün sizi narahat et­dim. Ayıq olmalıyıq. Öz qüvvəmizə inan­­­malıyıq (yazı masasını sarı gedərək bir kitabı götürərək vərəq­lə­yir). Əfəndilər, istəyirəm nikbin bir ruhla bir-birimizdən ay­­rılaq. Əlimdə tutduğum kitab bizim Tofiq Fikrətindir. Görün «Mil­lət şərqisi»ndə nə deyir:

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən, nə qədər nuru qaralsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

Bəli, əfəndilər, hər gecənin gündüzü vardır. Mən türk üfüq­lə­rin­­­dən bir gün bu günəşin doğacağına, onun hərarət və qüv­və­si­nin bizi isidəcəyinə varlığım qədər əminəm! O gün uzaqda deyil! İs­tər xarici düşmənlər olsun, istərsə də pərdələnib daxilimizdə bi­zə tor quranlar olsun, hamısını susduracağıq! Hər şey özü­müz­dən, öz iradəmizdən, doğma vətən qarşısındakı mə­su­liy­yə­ti­miz­dən asılıdır. Bu məmləkət tarixdə türk məmləkəti olub. İndi də türk məmləkətidir və əbədi olaraq türk məmləkəti kimi yaşa­ya­caq­­dır! Qoy düşmənlərimiz bunu bilsinlər və səylərinin əbəs oldu­ğu­nu anlasınlar. Hələlik, əfəndilər. Allah amanında.

Dəvət olunanlar xudahafizləşib çıxırlar. Atatürk onları yola sa­­lır və qayıdır.

Mühafizəçi (içəri girir). Əfəndim, təkidlə bir xanım Sizi gör­mək istəyir.

Atatürk. Canım, müharibənin, odun-alovun bu qızğın ça­ğın­da nədən qadınlar buralarda dolaşır?! Anlamıram (sonra). Mən o xanımı qəbul etməyəcəyəm.

Mühafizəçi çıxır, bir xanım tələsik içəri daxil olur, onun ar­dın­­­ca da mühafizəçi. İri qara gözlü Lətifə xanım sadə, fəqət zövqlə ge­­yinib, üzüaçıqdır, başına türk qadınları kimi yaylıq bağlayıb.

Atatürk (acıqlı). Xanım, qayda-qanunu nədən pozursunuz?

Lətifə. Əfəndim, bu davranış sizə yaraşmaz. Qadın qəlbi bir şü­şə. Onu sındıran peşman olar.

Atatürkün icazəsi ilə mühafizəçi çıxır.

 Atatürk (eyni açılır). Elə isə, gəlin bu qəlbi sındırmayaq. Qa­dın güləndə, dünya gülür. Qadın şən və xoşbəxtdirsə, demək, hə­yatda əmir-amanlıqdır. Buyurun, əyləşin.

Lətifə. Əfəndim, mən İzmirli Muammer bəyin qızıyam. Atam­ xarici ölkələrlə ticarət yapır. Adım Lətifə, soy adım Uşaq­lı­gi­l­dir. Avropada təhsil almışam. Hüquq fakültəsində. Mən açıq­göz­lü qızam. İstəyimi boğan, gözlərimdə donduran xanımlardan de­yiləm. Mustafa Kamal adı dillərdən düşmür.Bu da düşmənin bağ­rını yarır, dostu isə sevindirir, Vətənin qan çillənmiş tor­paq­la­rı­nı, daşını çiçəkləndirir.

Atatürk. Xanım əfəndi, iş-gücün çox olduğu bir zamanda, hər dəqiqənin qızıl kimi qiymətli olduğu anlarda məni tə­rif­lə­mə­yə­mi gəldiniz?!

Lətifə. Mən sizə dayaq durmağa, həmişə yanınızda olmağa gəl­dim.

Atatürk (təəccüblənir). Sizi anlamadım. Bura hərb mey­dan­ı­dır. Mənə sizin kimi incə bir qızın dayaq durmağı nə dərəcədə la­zım­dır, yaxud vacibdir?

Lətifə. Sizi özümə ideal qəhrəman seçmişəm.

Atatürk. Məni bağışlayın. Elə danışırsınız, sanki mənə vu­rul­musunuz.

Lətifə. Sizin şəklinizi çərçivəyə salıb boyunlarında gəzdirən ço­x­lu qadın görmüşəm. Onlar sizə pərəstiş edir. Sadəcə pə­rəs­tiş­kar olmaq mənimçin azdır. Mən sizin xanımınız olmaq istəyirəm. Hə­ya­­tınızın mənası olmaq istəyirəm. Əlbəttə, izn versəniz.

Atatürk (tutulur). Lətifə xanım, siz çox cəsarətli qızsınız. Əs­lində tarixən türk qadınları cəsarətli olublar, at belində dö­yüş­lə­rə atılıblar. İndi nədənsə çadraya bürünüb, yaşmaq tuturlar. Bu, türk qadınına yaraşmaz. Sizin modern qız olmağınız xoşuma gə­lir.

Lətifə. Bu qədərmi? Mən istəyimdən dönən deyiləm. Cəsa­rət qələbənin açarıdır!

Atatürk.Sizin cəsarətiniz mənisevindirir.

Lətifə (boynundakı medalyonun qapağını açaraq). Me­dal­yon­dakı sizin şəklinizdir. O şəkil gecə də, gündüz də, sevincli gün­lə­­rimdə də, kədərli anlarımda da mənimlədir.O mənə güc və qüv­vət verir.

 Güllə səsləri gəlir

 Atatürk. Hələlik bu qədər, Lətifə xanım. Görüşərik, danı­şa­rıq, dərdləşərik. İndi isə, rica edirəm, gedin. İzmirdə görüşənədək.

Lətifə. Bəli, əfəndim. İzmirin düşməndən azad ediləcəyinə ina­­nıram. Həmin gün sizi döyüş yoldaşlarınızla evimizdə göz­lə­yi­rəm. Bu, atamın da, mənim də arzumdur ki, sizə böyük ziyafət ve­rək.

Lətifə Uşaqlıgil çıxır. Atatürk fikirli halda

onun ardınca  ba­xır.­

                                          P ə r d ə

 

                         (ardı var)

 

Yazıya 191 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.