MUŞ ŞƏHƏRİNDƏ ŞƏHİD CENGİZ KAZIM OĞLU USLU KOMUTANIN AİLƏSİNİNİN ZİYARƏTİNDƏN

WhatsApp Image 2021-11-23 at 19.05.15Cengiz Uslu 1980-ci ildə Türkiyənin Muş şəhərində anadan olmuşdu. Ailənin gözbəbəyi idi. Orta təhsili bitirdikdən sonra 1995-ci ildə Rəssamlıq Liseyinə qəbul olmuş 1999-cu oldə liseyi bitirir. Liseyi bitirdikdən sonra Elazığ Unverstesine qəbul olmuş, 2004-cü ildə təhsilini başa vurmuşdu. Həyat yolunu davam etmək üçün 2004-cü ildə İstanbula yola düşmüşdü. Orada özünə xırda biznes quraraq çalışmağa başlamışdı. Gözəl dolanırdı, həyatından da razı idi. Ancaq bir gün həyatında yenilik etmək istədi. İstəyi çox fərqli idi. 2017-ci ildə qəti olaraq qərarını verdi. Hərbçi olmaq qərarına gəlməkdə heç yanılmamışdı. O məqsədlə də hərbi komissarlığa ərizə ilə müraciət edir, komutan kimi işə başlamaq istədiyini bildirir. Ərizəyə komissar rəy yazaraq Cengiz Uslunu Doğu Beyazıt ilçesi Ağrıya göndərilir.
Cengiz xidmətə başlayır. Vətəni canından çox sevdiyinə görə həyatını sona qədər hərbə həsr edəcəyinə əmin oldu. Xidmətə başladığı gündən bir dəfə də evə gəlmir. vəzifəsini də layiqincə yerinə yetirməyə çalışır. Ana və atası oğlu üçün çox darıxır. Hətta bir dəfə oğlunun görüşünə də gedirlər. Cengiz ana və atasını görüncə özünü itirir və deyir: Mən ki uşaq deyiləm, niyə bu boyda yolu zəhmət çəkib gəlmisiz? Ana oğlunun boynunu qucaqlayıb deyir, anan boyuna qurban, ana balasından necə ayrı qala bilər. Ananın bu sözlərinə Cengiz gülərək: ana, mən böyüdüm, vətənin xidmətində vəzifə başındayam.
O gecə Cengiz, ana ve atasını yanında qonaq saxlayır. Onlara öz əlləri ilə qulluq edir. Ertəsi gün valdeyinlərini İsak Paşa sarayına götürür, xeyli yerləri gəzib ziyarət edirlər.
Elə bil hiss edirdi ki, bu onların son vida günüdür. Ata ilə ana oğlunu ziyarət etdikdən sonra azacıq rahatlamışdılar. Çünki ciyərparələrini görüb geri qayıdırdılar. Allahdan çox razı idilər. Ancaq Allahın yazısını kimsə anlaya bilməz.
Aradan iki ay da keçdi. Ana yenə oğlu üçün darıxdı. Hətta oğlunu ziyarət etmək istədilər. Ancaq Allah onun üçün şəhidlik yazmışdı. Bir gün ailə ağır bir xıbər eşitdi, oğlu Cengiz şəhid olmuşdu. Düşmənin basdırdığı bombalar ayaq basarsansa çox şiddətli partlayar. O bombalardan biri də Cengizin maşının altında partlayır. Cengiz hadisə yerində şəhid olur. Ananın bu ağır xəbərdən bağrı parçalanır.
Allahın yazdığı şəhidlik Cengizə də nəsib olur.
Cengizi doğulduğu kənddə dəfn ediblər.

Ölümündən sonra Aztemenlik medalına layiq görülür.

Gülsüm ADİLQIZIWhatsApp Image 2021-11-23 at 19.05.13

Yazıya 181 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.