Yeni dərs vəsaiti: “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”

 

         obl_Lele memmedli Yeni ilin ilk günlərində “Mütərcim” nəşriyyatı pedaqoji ictimaiyyətin görüşünə yeni dərs vəsaiti “Pedaqogika nəzəriyyəsi: Müntəxəbat”la gəlmişdir. Dərs vəsaitinin müəllif-tərtibatçısı pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı mütəxəssisi

Lalə Akif qızı Məmmədlidir.

   

Elmi redaktoru: pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasov;

Rəyçilər pedaqogika üzrə elmlər doktorları, professorlar Hümeyir Əhmədov İntiqam Cəbrayılovdur.

 

Təqdim olunan dərs vəsaitində (Bakı: Mütərcim, 2022 . – 232 səh.) Azərbaycanın görkəmli psixoloq və pe­da­qoqlarının pedaqogikanın ümumi məsələlərinə, əsas anlayışlarına, onun predmetinə, məqsəd və vəzifələrinə, tədqiqat metodlarına, didaktika və tərbiyə məsələlərinə, məktəbşünaslığa dair əsərlərindən seçmələr veril­miş­dir. Dərs vəsaitindən ali təhsil müəssisələrinin və kolleclərin tələ­bə­lə­ri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, vali­deyn­lər, həmçinin geniş oxucu kütləsi də faydalana bilərlər.

Yazıya 170 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.