“PEDAQOGİKA NƏZƏRİYYƏSİ VƏ TARİXİ” NƏŞR OLUNDU

DƏRSLİK“Mütərcim” nəşriyyatı  ali təhsil müəssisələri müəllimləri və tələbələri üçün yeni dərsliyi nəşr etmişdir.  Bu dərslikdən həm ali təhsilin bakalavriat, həm də magistratura pilləsində, 5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin ixtisası üzrə doktoranturaya qəbul imtahanlarında və doktorluq imtahanlarında  faydalanmaq mümkündür. Dərsliyin müəllifləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Lalə (Abbasova) Məmmədovaİradə Əmirəliyevadır.

Qeyd etmək lazımdır ki, istər xaricdə, istərsə keçmiş SSRİ-də və istərsə də  ölkəmizdə ilk dəfədir ki, bu adda dərslik nəşr olunur.

 

Akif Abbasov, Lalə Məmmədli, İradə Əmirəliyeva. Pedaqogika  nəzəriyyəsi və tarixi: Ali  təhsil müəssisələri üçün dərslik.   Bakı: Mütərcim, 2022, 464 səh.

 

Dərslik iki hissədən ibarətdir. I hissədə “Pedaqogika nəzəriyyəsi”, II hissədə isə “Pedaqogika tarixi” məsələləri diqqət mərkəzinə gətirilir.

“Pedaqogika nəzəriyyəsi” hissəsində pedaqogikanın ümumi məsələləri, əsas anlayışları, predmeti, məqsəd və vəzifələri, tədqiqat metodları, didaktika və tərbiyə məsələləri, məktəbə rəhbərlik və onun idarə olunması (məktəbşünaslıq) problemləri nəzərdən keçirilir.

“Pedaqogika tarixi” hissəsində Azərbaycanın və Şərqin möhtəşəm sənəd abidələrində, Azərbaycan mütəfəkkirlərinin, klassik və müasir pedaqoqlarının, eyni zamanda  dünya pedaqoqlarının təhsil, tərbiyə, təlim və onların təşkili məsələlərinə, məktəbin idarə olunması,  müəllim şəxsiyyətinə dair fikirləri nəzərə çatdırılır.

Dərslikdən ali məktəb tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi istifadə edə bilərlər.

 

Yazıya 150 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.