“ANAİB I Uşaq Kitab Festivalı” keçiriləcək

ushaq kitablari sergisi 2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçiriləcək.

… birliyə istinadən xəbər verir ki, #kitablaböyüyək haştaqı altında baş tutacaq sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.

Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində baş tutacaq. Mərasimə təhsil naziri Emin Əmrullayev də qatılacaq. Tədbirdə, həmçinin Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi təşkil ediləcək.

Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının  təqdimat və imza günləri olacaq.

Onu da bildirək ki, “Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.

Yazıya 113 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.