Polemik rakurs, yaxud Şuşada Vaqifdən qabaq Musa Kəlimullah adlı şair yaşayıbmı? – Azər TURAN

azer turan“Qarabağ içrə bir şair Kəlimüllah Musadır” misrası ilə başlayan qəzəlini Molla Pənah Vaqif hələ vəzir olmadığı, Şuşanın Saatlı məhəlləsində yaşadığı, burada məktəbdarlıq etdiyi dövrdə yazıb. Şeirdəki ilk misra sonralar hansı səbəbdənsə fərqli yorumlara və yozumlara yol açıb. Hətta bəziləri Vaqif Şuşaya gələndə burda artıq Kəlimullah Musa adlı bir şairin yaşadığı qənaətini irəli sürüblər. Və bu fikir məqalədən məqaləyə, kitabdan kitaba ötürülüb, bəzən hətta elmi işlərdə, elmi jurnallarda, az qala, elmi həqiqət kimi təsbit olunub. Lakin həmin Musanın bir şeiri istisna, bütün şeirləri itib-batıb, hansı “səbəb”dənsə adı heç XIX yüzildə yazılmış təzkirələrdə, hətta 1892-ci ildə Şuşada yazılmış “Təzkireyi-Nəvvab”da da, yaxud Məhəmməd Ağa Müctəhidzadənin 1907-ci ildə yenə də Şuşada qələmə aldığı “Riyazül-aşiqin” təzkirəsində də keçmir və Qarabağda Vaqifin qibtə edəcəyi dərəcədə şeirlər yazan bir şairin varlığı nəinki Şuşada yazılmış bu çox etibarlı mənbələrdə, hətta XX yüzilin ilk qaynaqlarında – Firidun bəy Köçərlinin, Salman Mümtazın əsərlərində belə xatırlanmır. Elə isə Vaqifin həmin şeirində keçən kəlimüllah Musanın anlamı nədir, yaxud Kəlimüllah Musa kimdir?

Qarabağ içrə bir şair kəlimüllah Musadır,

Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.

Qələm qədrin əsayi-əjdəha peykərçə bilməkdə

Bəni-İsrailə ali-Cavanşir, yəni həmtadır.

Dili-rövşən gərək nadan içində sərf edə ömrün,

Çırağın səltənətgahi səvadi-şami-yeldadır.

Ümidim vardır kim, bu qara gün getməyə başə,

Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır.

Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında,

Məqami ləli-gülrəngin miyani-səngi-xaradır.

Vaqif deyir ki, Qarabağda sözləri Hz. Musanın kəlmələri qədər dəyərli olan bir şair var. Cavanşir tayfasında  bu şairin dəqiq ölçülü hər bayatısı (şeiri) Hz. Musanın “Dəsti-beyza”-”Yədi-beyza” (bəyaz əl) möcüzəsi kimidir: “Qarabağ içrə bir şair kəlimüllah Musadır, // Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır“.

Cavanşir nəslində qələmin qədrini bilmək İsrail övladının Musanın əjdahaya çevrilmiş əsasına verdiyi dəyərə bərabərdir: “Qələm qədrin əsayi-əjdəhapeykərcə bilməkdə // Bəni-İsrailə ali-Cavanşir, yəni həmtadır”.

Göründüyü kimi, söhbət Musa adlı şairdən deyil, Qarabağda şeirləri  Hz. Musanın möcüzələri ilə – ona verilmiş dəsti-beyza və əsa ilə müqayisə edilə biləcək bir şairdən gedir. Şeir əslində özünü təqdim və xatırlatma məqsədi ilə yazılıb. Vaqif özünü Cavanşirlərə təqdim edir. Deyir ki, işıqlı ürək ömrünü nadanlar içində sərf etməlidir. Çünki çırağın hökmranlığı gecə zülmətinin uzun olmasındadır: “Dili-rövşən gərək nadan içində sərf edə ömrün, // Çırağın səltənətgahi səvadi-şami-yeldadır”.

Vaqif ümid edir ki, bu qara gün davamlı olmayacaq. Bir gün ömrün bahar fəsli gələcək və həyatının rəngi dəyişəcək: “Ümidim vardır kim, bu qara gün getməyə başə, // Dönər bir özgə rəng ilə bu axır çərxi-xəzradır”.

Nəhayət, Vaqif bu Şişə dağında məkan tutubsa, burada təəccüblü bir şey yoxdur. Çünki gül rəngli daşların yeri sərt qayaların, dağların içindədir: “Məkan tutdisə Vaqif, yox əcəb, bu Şişə dağında, // Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.

Baxmayaraq ki, yeni qurulmuş Şuşanın adı poeziya tariximizdə ilk dəfə Vaqifin bu qəzəlində xatırlanır və diqqəti bu fakta yönəltmək əvəzinə, Qarabağ ədəbi mühitindən yazan bəzi müəlliflər “Qarabağ içrə bir şair kəlimüllah Musadır” misrasını hədəf alaraq, Vaqifdən əvvəl Şuşada yaşamış Musa Kəlimüllah adlı bir şairin varlığını iddia edirlər: “Bu misralardan məlum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayıb-yaradırmış. Və da aydıolur ki, Musa limullah XVIII əsr Qarabağ poeziya ktəbinin ilk rüşeymini yaradanlardan biri olmuş və bu ktəsonralar inkişaf edəM.P.Vaqifin şəxsində ön əksəpilləsinə qalxmışdı” (Qurban Bayramov). Yaxud başqa bir müəllifə görə: ”…Bu misralardan ki, Vaqif Qarabağköçənə nahabadda Musa limullah ismində bir şair yaşayıb-yaratmış və  XVIII əsr Qarabağ poeziya ktəbinin ilk mayəndərindəolmuşdur“. (Vasif Quliyev).

Müəlliflərin bildirdiyinə görə, Musa Kəlimullahın yaradıcılığından yalnız bir şeir qalıb və həmin şeir də 1972-ci ildə dünyasını dəyişmiş şuşalı müəllim Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” məqaləsində xatırlanır. Şeiri bütövlükdə oxuyandan sonra, hətta ilk misrasından sonra inanırsan ki, Molla Pənah Vaqif kimi nəhəng bir şair Musa Kəlimüllahın  şeirini Hz. Musanın kəlamı ilə qiyaslandırmazdı:

Şirvanlı Çəbi qaçdı,

Qacar mmədhəbir oyun dı,

Ovşar li də yolunu çdı,

İndi başqa fikir, başqa haldadır.

zmış şirə ndü amməQacar,

Qarabağtdi qanlı bir azar,

saymadı, bax, nə sayar,

Leşgorda, başı bizim yaldadır.

Ədəbiyyatşünas Əli Əliyev isə “əsrlərdəkeçəbu sləbu mməl şeir munəsi limullah Musanıxtələşmiş bir şair olduğunu but edir” - deyir və əlavə edir: “Elə nn olunur ki, Molla nah Vaqif Şada xan sarayında ilk şair olmuşdur. ƏslindəVaqif Musa limullahdan sonra saraya lmişdir… Molla nah Vaqif saraya nə kimi o, sarayda aliyyəstərmişdir...”.

Araşdırıcılar belə bir “Musa Kəlimullah”ın şeirindəki yalnız bir nöqtəyə – Ağaməhəmməd deyil, “Ağamməd”, Məhəmmədhəsən deyil, Məmmədhəsən adlarına diqqət yetirsəydilər, hələ üstəlik, “Qarabağa gətdi bir azar” misrasına baxsaydılar, ümumiyyətlə, ustad bir şairə istinad etdikləri bu şeirin nəinki XVIII yüzildə, heç XIX əsrdə də deyil, XX yüzildə həvəskar bir şair tərəfindən yazıldığına şübhə etməzdilər. Vaqif belə bir şairin sözlərini Kəlimullah Musa adlandırardımı? Tutaq ki, biz yanılırıq, bəs Vaqifin özünü belə heyrətdə buraxan Musa Kəlimullah adlı bir şairin varlığından Vaqifin xatırlanan şeirini təqdim edən şuşalı Mir Möhsun Nəvvab, yaxud şuşalı Məhəmməd Ağa Müctəhidzadə, şuşalı Firidun bəy Köçərli, yaxud Salman Mümtaz sərf-nəzər edərdilərmi?

Yeri gəlmişkən, Vaqifin bu qəzəlini Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə 1925-ci ildə Salman Mümtaz təhlil edib və o da Musa Kəlimullah amilinin üzərindən sükutla keçib: Vaqif “şərin Saatlı lləsində bir ktəaraq  ktəbdarlığbaşlayır. Əvvəldəyalında tutduğkimi, İbrahim xan Cavanşirə rrib olmaq (yaxınlaşmaq) istəyir. Ta bu çlardadıki, Vaqif xriyyə-manənd bir inşad edəbir beytində də “ali-Cavanşir”istəyə-istəyə boğazdan yuxarı bir dh edir… Doğrudan da, Vaqifin li çox da sirsiz qalmayır. Az keçVaqif İbrahim xan Cavanşirin ik ası olur. Demək: “Ümidim vardıkim, bu qara getməyə başə, // bir özgə ng ilə bu axır çərxi-zradır” - beyti öyerini tutur“.

Nəinki Şuşada, bütün Qafqazda Vaqifin  Kəlimullah Musa deyə vəsf edə biləcəyi bir şair yox idi. Firidun bəy Köçərliyə görə, Vaqif Qafqaz şairlərinin atası, yeni ədəbiyyatımızın banisi, qurucusudur. “Tamam Qafqazda ondan ddəbir qtədir ədib, xoşlam və vzuntəb şair hur etməyibdir ki, ibtidai-onun adıyla başlansın“. Yəni bütün Qafqazda ondan qüdrətli ədib, şirin sözlü şair olmayıb ki, ilk söz həmin ədibin, yaxud şairin adıyla başlansın.

Ona görə də Şuşada Vaqifə qədər bir Musa Kəlimullah icad etməyə ehtiyac yoxdur. Məncə, yoxdur…

Həm də “ərəbcə, farsca dərin bir məlumat və fövqəladə bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə xalqa yanaşmış, şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, əksinə, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatımıza da çox böyük xidmətlər göstərmişdir. Lisani-rəsmisi farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan, sadə, o qədər şirindir ki, insan oxumaqla doymur”. Salman Mümtaz bu mənada Vaqifi həm də tam mənası ilə mücəddid (yenilikçi) adlandırırdı.

***

Bir dəfə İstanbulda Ləvənd səmtində professor İbrahim Yıldırımın qonağıydım. İbrahim bəyin xanımı Fügen dedi ki, mənim ulu babam Məhəmməd xan Vidadinin oğlu, ulu nənəm Pəri Sultan isə Vaqifin qızıdır. “İqdır tarixi”nin müəllifi Vəli Orkunun qızı necə Vidadinin və Vaqifin nəslindən ola bilərdi? Amma Fügen xanımın atası türk tarixçisi Vəli Orkun, həqiqətən də, Vidadinin nəticəsiydi. “Vidadinin üç lu olub: Yahya, mməvə Osman. nim laləmməddəlir. Atamıadı da babamıadır - li. Daha sonra m Şıxlıdan Axıskaya gedir… zaman Axıska rklərin yurduydu. Öxanlıqları vardı. bibim, əmilərim, atam Axıskada doğulublar… Bir fə babam n çoluq-çocuğtoplayırkiyəyə – Ərdəhana lir“. Deməli, Fügen xanım həm Vidadinin soyundan idi, eyni zamanda, həm də Vaqifin övladlarındandı… Babaları da nəinki Qazaxdan, heç Şəmkirdən, Şuşadan da deyil, Axıskadan gəlib Ərdahana yerləşmişdilər…

Fügen xanımın söhbətini niyə xatırladıram? Bu yaxınlarda Şuşa kontekstində qazaxlı Vaqif, yoxsa şuşalı Ağaoğlu mövzusunda bir polemikaya rast gəldim… Məncə, Vaqif, Ağaoğlu və Şuşa amilinə yalnız Qarabağ deyil, ümumazərbaycan kontekstindən, bəlkə hətta ümumtürk kontekstindən yanaşmaq bu gün xüsusən qaçılmazdır. Vaqif qazaxlıdır, Əhməd bəy Ağaoğlu şuşalıdır deyə, onları şuşalılar və qeyri-şuşalılar bölgüsünə salmaq kimə və nə üçün lazımdır, bilmirəm. Ona qalsa, Şuşada doğulmuş və Şuşada böyümüş Əhməd Ağaoğlu da əslən ərzurumludur. Ərzurumun Kurdeli əşirətindəndir. Yusif Akçuranın bildirdiyinə görə, baba tərəfindən ailəsi təxminən XVIII yüzildə Ərzurumdan bütün qəbiləsi ilə Qarabağa gəlib yerləşmişdi. Əhməd Ağaoğlunun yaxın dostlarından olan Akçura bunu heç şübhəsiz ki, Ağaoğlunun özünə istinadən deyib. Deməli, Ağaoğlular nəslinin Şuşaya gəlişi də Vaqifin Şuşaya gəlişi ilə eyni vaxta – XVIII yüzilə təsadüf edir. Vaqif Qazaxdan gəlib, əvvəl Veysəllidə, sonra “Şişə dağında məqam tutduğu” illərdə Əhməd Ağaoğlunun babaları da, Ərzurumdan gəlib əvvəl Gəncədə, sonra Şuşada yurd salmışdılar…

Çünki Şuşa yeni Azərbaycan sivilizasiyanın mərkəziydi. XVIII əsrin əllinci illərində Azərbaycanın, yaxın türk dünyasının hər tərəfindən və külli-Qarabağdan yeni qurulmuş şəhərə – Qalaya – Şuşaya gələnlər çox idi və 2020-ci ilin 8 noyabrında da yenə həmin yollardan keçib gələn əsgərlər ata-babalarının qurduğu Şuşanı işğaldan azad etdilər…

28 mart 2022

Mənbə: http://edebiyyatqazeti.az/

 

Yazıya 108 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.