Nüşabə Əsəd Məmmədlinin “Cavad Xan” tarixi dramı nümayiş olundu

YVBuWW8zmCG8RBK3dFxA9Kv8l9Oer4feE0yQZbVY19 may 2022-ci il tarixində Dövlət Akademik Musiqili Teatrında yazıçı Nüşabə Əsəd Məmmədlinin “Cavad Xan” tarixi dramı nümayiş olundu.

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, baş rolların ifaçıları Xalq artisti Pərvanə Qurbanova və Əməkdar artist Elxan Yunisdur.

Tamaşa XVIII əsrin sonu, XIX əsrin əvəllərində rus-erməni birləşməsi tərəfindən Gəncə üzərinə edilən təcavüzdən, Gəncə xanının qəhrəmanlığından bəhs edirdi. “Cavad Xan” dramı bu günümüzlə – Zəfər tariximizlə ayaqlaşdığına görə tamaşaçılar tərəfindən böyük sevgi və qürurla qarşılandı.

Anşlaqla keçən və gur alqışlarla davam edən tamaşanın sonunda əsərin müəllifi və C.Cabarlı adına Gəncə Dövlət Dram Teatrının əməkdaşları sevgi dolu gül-çiçəyə qərq edildi.

WhatsApp Image 2022-05-20 at 13.44.56 (1) WhatsApp Image 2022-05-20 at 13.44.56 WhatsApp Image 2022-05-20 at 13.44.57

WhatsApp Image 2022-05-20 at 13.09.03

a1

WhatsApp Image 2022-05-20 at 13.09.04 WhatsApp Image 2022-05-20 at 13.09.05 (1) WhatsApp Image 2022-05-20 at 13.09.05

Yazıya 189 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.