Tarixi tikililərdə türkçülüyümüzə xas cizgilərin əriyib yox olmasının əleyhinəyəm…

Без названия (1)“Tarixi tikililərdə türkçülüyümüzə xas cizgilərin əriyib yox olmasının əleyhinəyəm…” bu fikirləri rəssam-pedaqoq Brilyant Ramazanqızı öz facebook səhifəsində paylaşıb. Rəssam yazır: “Vətənin dağına da qurban, aranına da. Amma Gəncə mənimçün əvəzedilməz şəhərdir. Şəhərdəki bugünkü yeni arxitektura, landşafla bağlı üslub, abu-hava məni narahat edir. Müasirliyin əleyhinə deyiləm, amma düna modernizminin, avanqardizminin içində Azərbaycan türkçülüyünə xas cizgilərin əriyib yox olmasının əleyhinəyəm.
Gəncə Dövlət Filarmoniyasının önündə, Cavad xanın türbəsi ilə yanbayan yerləşdirilən fəvvarəni görməməkçün inanın ki, hər dəfə üzümü çevirib keçirəm. Fəvvarədəki fiqurlar Azərbaycandan başqa bütün xalqların əsatir obrazlarını xatırladır…
Hörmətli şəhərsalma mütəxəssisləri, memarları, rəssamları, özümüzün əfsanə, rəvayət, dini, real obrazlarımız yoxdurmu? Cavad xanın şəhərində, türbəsinin yanında bu böyük şəxsiyyətin igidlərini, həyatını xatırladan monumental-dekorativ heykəltəraşlıq nümunəsi yaratmaq olmazmı? Dünya şöhrətli N.Gəncəvinin yurdunda onun əsrlərindən obrazlar yapmaq olmazmı? Göy-gölün, Kəpəzin canlılarını- Nizaminin bütün əsərlərini bəzəyən ceyran, cüyür, maral və.s xeyirxaxlıq, mülayimlik, zəriflik, dostluq, gözəllik rəmzi olan canlılarını qoyub nədən şəhəri qeyri fiqurlarla “bəzəyir”siniz?
İnkişaf edək, müasirləşək individuallığımızı qorumaq şərti ilə”.

 

Yazıya 106 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.