Nazan Bekiroğlu – Bir gün anlayarsan

425096_566939136673480_1539441461_n

İşimi, çörəyimi, evimi, yaşadığım şəhəri, ölkəmi, hər şeyi tərk etsəm belə səndən xilas ola bilmədim.

 

Bir xərçəng uru kimi qucaqlamışdın kainatın hər yanını. Bəzi yerdə az,bəzi yerdə çox idin. Amma həmişə vardın. Çünki bir adam, bir millət deyil, bir düşüncə  idin. Hər damara zəhərli bir şprisin ucundan sızmış, hər bədənə daxil olmuşdun. Cisimin yoxsa kölgən vardı. Onun da yanğını cismindən çox idi. İçdiyim suya, əkdiyim ağaca, səpdiyim toxuma belə sinmişdin. Hər şeydən xilas olsam yağan yağışda, tənəffüs etdiyim havada, ayaqladığım torpaqda idin. Elə bil hər hüceyrəyə, hər zərrəyə nüfuz etmişdin.

 

Ən ümid etmədiyim yerlərdə çıxdın qarşıma. Ən güvəndiyim dillərdən  səsləndin. Heyrət! Sən dəmi beləymişsən? Eyni misralarla, eyni beytlərlə, eyni cümlələrlə bir-birimizə cavablar yazdıq. Halbuki insanoğlu, biz sənə nələr ümid etmiş,səndən  nələr gözləmişdik? Səbəbi qurarkən elə bir zəka hünəri sərgilədin ki, zəkadan çox hiyləgərlik deyə bildim ona və ən çox da bu şeytanı zəkadan iyrəndim, bu cingözlükdən iyrəndim. Hiyləgərliyin, məntiqlə üst-üstə düşdüyü anda təhlükəli idi. Çünki mənşəyi həqiqət deyil saxta idi. İllüzyonlu, sehrli….

Əxlaqsız olaraq hiyləgər, amansızca müqavimət göstərməli. Kimsəni dinləməyən, çünki sərhədsiz. Sərhədsiz, çünki heçnəyə dəyər verməyən

 

“Belə gedərsə?” deyə səsini çıxaran hər kəsi mərhəmətsiz bir retorikle anın içində yerlə bir etdin. Hamımızın eyni gəmidə olduğunu necə unutdun? Sən ki səhv etməməyinlə öyünərdin, “mən” deməklə keçdi ömürün. Maraqlanıram, bu idimi istədiyin? Ey insanoğlu, indi xoşbəxtsənmi?

 

Məndən soruşsan içimi tərifi olmayan ağrılar sardı, yuxularımda belə əsaslı bir gözəllik qalmadı. Hər kəsilən ağacla, vəhşicə öldürülən hər heyvanla bir dəfə daha yıxıldım. Halımı ifadə etməyə cəhd etdiyimdə ya bir etiraz, ya mənasız bir sükut, ya kapitalist bir müqayisə ilə qarşılaşdım. Bir neçə cılız səs səsimə yoldaşlıq etdi. Onlar daeşidilməkdən çox həzm edilmək üçün idi.

 

Qış deyildim ki, güvəndiyim dağlara qar yağmasından, quş deyildim ki,qonduğum budağın qırılmasından qorxmayaydım. Budağım da qırıldı dəfələrlə, güvəndiyim dağlara da qar yağdı. Dərdimi bənövşəyə deməyə çalışdım o, da məndən dərdli çıxdı. Sonunda “Bir olmaz vaxta ərtələdik zamanı.”

 

Dünyanın gələcəyindən, qardaşlıqdan, sevgidən, mərhəmətdən, yaxşılıqdan danışmaqdan çoxdan vaz keçdim. Hər şeyi anladım da ey insanoğlu, bu azğın iştah sənə ölümü necə unutdurdu? Ölümlü olduğunu bilərək yaşamaq cəhənnəm idi, amma ölümlü olduğunu bilərək yaşayan tək canlı olduğunu bilmək cənnətin deyidimil? Bir gül budağı hələ açıq bir məzarın üzərinə əyilərkən gözlərin o, qədərmi korlaşmışdı? Bir məzar belə az sonra özünə tərk ediləcək cəsədi gözlədiyinin şüurunda idi də bir sənmi unutmuşdun?

 

Bu azğın sel önünə çıxan hər şeyi süpürüb apararkən, qiyamət sonrası filmlərinin apokaliptik səhnələrinə bənzəyir indi gözümün dəydiyi hər yer. Sənin əsərin- kökündən  kəsilib, yatdığı yerdə hələ meyvə verən ağaclar, özünü diri sanıb, hələ çiçək açan cücərtilər. Önü kəsilmiş sular, yanması lazım olarkən söndürülmüş ocaqlar. Heçmi için sızlamadı? Əhdə vəfan bu qədərdimi? Nüvə, radiasiya, beton, boz, daş. Quşlar qanadlarından alovlanır, atlar yalmanlarından.

İnsanlıq? O çoxdan mutasiyaya uğradı.

 

Qaldığı yerdən davammı edəcək həyat? Etməsin! Kəsgin bir qərənfil qoxusu başdan ayağa bölsə indi bu yazını. Bütün indiki zamanlı hərəkətlərə inad hər cümləsi lazım şəklinin şəkilçisi ilə bitsə, həm də….

İnsan özünü köhnələrin hekayələrində axtarır. Adəmin bir insan adı olaraq təmsil etdiyi bütün adəmlərlə ortaq olan o yanının fərqinə varsaq. Sonra da adəmlərin fitrətiylə fərdliyi, özlüyüylə mənliyi arasında olan məsafəyə baxsaq. Başqa heç bir yerdə deyil, itirdiklərimizi orada axtarsaq.

 

Bilərsənmi, gücün insanı nə vaxt, hansı şərtlərdə tərk edəcəyi müəyyən deyil. Sən insanoğlusan, “Zamanı Tanrı yaşayır, insanoğluna qalansa ölməkdir.” İnsan bu-  nə idi, nə olacağı bilinmir. Unutma, keçmiş buraxmaz insanın yaxasını. Ən unutdum zənn etdiyin yerdə yenidən başlar, xatırladar özünü sənə. Bir gün anlayarsan dağların, quşların, ağacların da sənin üstündə haqqı olduğunu…

 

Türkcədən uyğunlaşdıran Tural Sahab

 

Yazıya 705 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.