Elif Şafak – Savaş və sənət

31 mart elif safak

“Sən xoşbəxtliyin şəkilini çəkə bilərsənmi?” deyə soruşmuşdu Nazim Hikmət, Abidin Dinodan. Necə təsvir etməli, hansı rənglər, hansı naxışlar, hansı detallar üzərindən köçürməli insan deyilən əşrəf-i məxluqatın o ən xalis, ən  təmiz sevinc hallarını? Mən, özüm,  xoşbəxtlikdən çox, gizli sancılı və səssizliyə tərk edilmiş hüznlərlə maraqlandım həmişə. Mümkündürmü səssizliyə səs qazandırmaq? Lazımlımı? Necə izah etməli, nə surətdə qələmə almalı sirr olaraq qalması lazım olanları? Necə yazmalı hüznü? Roman demək həm də “ifşa etmək” deməkdir. Yaxşı hekayəni aşkara çıxararkən səhifə səhifə, qat qat, hekayəçi olaraq hələ gizli qalmaq, hekayəçini saxlamaq mümkündürmü? Sənətçi, rəssam isə rəsmini, yazar isə qələmini, rejissor isə kamerasını necə istifadə etməlidir, o izah edilməsi ən çətin, bəlkə də son təhlildə qeyri-mümkün, insanlıq və insanın xaricindəkiləri köçürmək istədiyində? Ağrının da, sevincin də, insanın hiss edə biləcəyi ən gizli duyğu dayanacaqları olaraq necə izah edilə biləcəyi sualı Spinozadan bu yana nə qədər filosofu, yazarı, rəssamı düşündürdü. Hətta Wittengstein kimi nə qədər insan “dilin bitdiyi bir yer”, “sözə tökülməsi mümkün olmayan bir sahə” olduğuna inandı. Onun sahilində dayanıb baxa bilərdin, onu hiss ederdin, ancaq yaza bilməzdin. Köçürə bilməzdin. Sözün bitdiyi  yerdən hekayələr və yeniliklər gətirmək arzusu hər yazarın arzusu olsa da, amma indilərdə bəlkə də bu sualı  özünə ən çox verməli olan peşə qrupu, jurnalistlərdir. Xüsusilə döyüş müxbirləri.

 

İsrailin borbardumanı davam edərkən Livandan acının fotoşəkilləri yığılır dünya mətbuatına. Və anlatılaması imkansız olan bu acının dünyaya necə çatdırılacağı haqqında bölgədə olan bütün jurnalistlər düşünür. Necə izah etməli? Necə izah etməli ki ekranların başında, öz quru həyatlarını və gündəlik təkrarlananlarını yaşayanların vicdanlarına toxunulsun, zehinlərində bir maraq oyandırılsın? Döyüşü izzah etmək, sözün bitdiyi yerə səfər etmək deməkdir. Görər, hiss edə bilərsən, ancaq geri döndükdən sonra  köçürə bilməzsən bildiklərini. Ən yaxınındakılara belə. İşini layiqiylə görən döyüş müxbirlərinin ən çox üzərində düşündükləri müəmma budur: Geri döndüyündə “oradan”, necə izzah edəcəksən deyilməsi mümkün olmayanı, anlaması mümükün olmayan “buralılara”?

 

Çətin olan, döyüşü izah etmək deyil əslində. Əsas çətin olan, izah edilənlərin unudulmasının, dəyişdirilməsinin qarşısını almaqdır. Azad dünyanın konformist bədənlərini incitmədən, demokratiyanı bir mübarizənin nəticəsi olaraq deyil, qucaqlarına qoyulmuş bir “məlumat” olaraq görən Qərblilərin beş dəqiqədən çox zamanlarını almadan, onları gündəlik hayhuylarından saxlamadan, kilometrlərcə uzaqda, başqa bir məmləkət, başqa bir diyarda yaşanan bir tragediyanı necə izah edə bilərsən? Və ən əhəmiyyətlisi, içində yaşadığımız mühitdə artıq heç bir ölkənin unudulmuş və tək olmadığını, dünyanın bir yerində yaşananların maraqsız kimi görünən bir başqa yerdəki hadislərə yaxından təsir etdiyini, nəhayət bir-birimizin həyatlarından məsul olduğumuzu, bir-birimizin hekayələrinə sızdığımızı necə izah edərsən? İnanarmı sənə televiziya qarşısındakı ev xanımı? Livanda olan bitənlərlə öz həyatı arasında bir əlaqə qura bilərmi? Yoxsa “uzaq bir məmləkətdə, uzaq insanların dramı” olaraqmı qalar gördüyü səhnələr yaddaşında?

 

Yaşadığımız dövr acını “ izləmək üçün bir vəsait”  etdi. Seyr edib silmək, alıb atmaq üzrə, tək istifadəlik, dadımlıq… Evlərimizə girən döyüş səhnələrini o an unutmağa proqramlanmışıq. İnsanlığın ən qəti, ən son hallarının xəbərinin paketlənib, tükədildiyi bir cəmiyyətdə, Nazim Hikmət o məşhur sualını dəyişdirərək soruşmaq məcburiyyətində qalardı bu gün. “Sən xoşbəxtliyin şəkilini çəkə bilərsənmi?” deyil, ya da “Sən hüznün hekayəsini yaza bilərsənmi?” deyil, artıq ən çətin sual: “Sən köçürdüyün ağrının və köçürdüyün sevincin bir anın içində unudulmasına necə əngəl ola bilərsən?”

13.08.06

Türkcədən uyğunlaşdıran Tural Sahab

Yazıya 874 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.