Mehman Qaraxanoğlu — ARAMIZDA OLA-OLA ARAMIZDAN ÇIXIB GEDƏN ADAM… (Esse)

Mehman Qaraxanoğlu

   Mehman Qaraxanoğlu

Aqil Yaqub Yolun üzündədir. Burada «yol» və «üz» civarında «bu» işarə əvəzliyindən imtina edilməsi açıq-aşkar bəlli. Rasionallıq baxımından bu amili «tənqidçilər» adlandırdığımız ədəbiyyat adamları görməliydi. Təəssüf ki, onlar dual buxovlardan qurtula bilməyərək böyük ədəbiyyatı da «paytaxt» və «əyalət»ə bölmüşlər.

Təkrar edirəm: Aqil Yaqub Yolun üzündədir. Su üzündə, Göy üzündə olmaq olar.

Və Su üzü Göy üzü deyilmi?! Onlar qovuşanda (həqiqətdə qovuşuqdurlar!) bütöv kosmos alınır. Və kainatda hər şey İKİlikdən BİRliyə doğru gedir. Aqilin Su üzü bizə yaxındı. Onunçün də: «Üzümə baxmasan, çıxıb gedərəm» deyir. Bu, təhdid deyil, reallıqdı. Təhtəlşüurdakı gerçəklik isə budur: «Sizə üzümü çevirib baxmadan çıxıb gedəcəyəm!»

Aqil gedir.   Biz onun gəlişinə nə qədər sevinmişiksə, gedişinə də bir o qədər sevinirik.   626E934C-054F-411D-B31B-B3909E71B401_mw1024_s_nÇünki gəlib gedərkən çevrəsinə yalnız gözəllik yayır.

Aristotel antik sənət estetikasının meyarına çevrilən dahiyanə bir fikir söyləyib: «Gözəllik ən yaxşı etibarnamədir» Başı miqyassız zülmlər çəkən şəhid müqəddəslərimizdən biri isə deyib: «Mən dünyada gözəllikdən başqa bir şey görmədim» Ondan min il sonra dahi Dostoyevski: «Dünyanı gözəllik xilas edəcək» deyibən mövcud estetik həqiqəti naməlumluğa pərçim edərkən düşünmədik ki, dünya gözəlliyin özüdür – gözəlliyi gözəllikmi xilas edəcək? Metafizik həqiqətin digər üzü belədir: İnsan Yer üzünə gözəlliyi görməkçün transfer olunub!

Gözəlliyi yaradan isə harmoniyadır. Kainat İlahi harmoniyanı təcəssüm etdirməsəydi, bu qədər gözəl və cazibədar olardımı? Poeziya da gözəlliyə can atır. Bu gözəlliyi yaradan isə Tanrının ən gözəl əsəri olan İnsandır. Nə qədə prodoksal olsa da, əsər əsər yaradır. Tanrı öz kamil əsərini – insanı yaradarkən üstündə necə əsibsə, şair də yaratdıqlarının üstündə o cür əsir. Əsmək isə küləyə xasdır. Və insan da bir əsim külək deyilmi? Hamımız əsirik. Çoxumuzun titrəyişlərini eyni hücrəni paylaşdığımız insanlar, şair əsintilərini isə bütöv kainat hiss edir.

Aqil Yaqub ta əvvəldən (əgər «əvvəl»in mövcudluğuna inamım ölməyibsə!) böyük sözün üstündə əsib, əsə-əsə aydınlanaraq böyük sözü də ruh kimi aydınladıb və yerdə göy dərslərini alaraq böyük tamın titrəşimlərinə can atıb. Elə bu məqamda suçlanacağımı bilsəm də, deyəcəyəm: Sufizmdən (Vəhdəti-vücuddan), İnsan təfəkkürünün bu inikal göy hədiyyəsindən bir islami-fəlsəfi cərəyan kimi söhbət gedərkən heyrətlənirəm, çünki hər bir Yer insanı rəngindən, irqindən, dinindən asılı olmayaraq bir sufidir, daha dəqiq desəm, sufi-yol kodu onun ruhuna nəqş olunub. Bu gün dünya ədəbi-prosesində gedən təlatümlər də fikrimizi təsdiq edir – Şərq-Qərb qütbləri bir-birinin içərisində əriyərək vahid bir sintez yaradır, əslində bu harmoniya, bu sintez yaranışın əvvəlindən bu günəcən insanın başı üstündə olub, sadəcə, insanın başını qaldırıb göy üzünə boylanışı gərəkirdi. Göy üzündə isə yollar nə az, nə çox, insanların sayı qədərdir. Haqqa qovuşmaq istəyən öz yolunu dördlükdən salmalıdır: şəriət, təriqət, mərifət, həqiqət! (şəriət və təriqəti çağdaş anlamda qəbul etmək yolverilməzdir!) Bunlar sufizmin təməl prinsipləridir.

Aqil Yaqub müqəddəs dördlüyə yetişib! Ona görə də o, hamı kimi deyil. Onun hamı kimi olmamasıhəmcinslərinə çöçün gəlsə də, fakt faktlığında qalır, o, kiməsə xoş gəlmək üçün özünü dəyişən deyil ki? Vənə yaxşı ki, mənim tanıdığım Aqil Yaqubun bir üzü yerdə, bir üzü isə göyüzündədir:

Göy üzünü
bürüyən gecə kimi
sevgi sərxoşluğu tutdu gözümü.
Oxşadım torpağı,
içdim suları,
üz tutub getdim
sevgimə sarı.

(«Üz tutub getdim»)

Şair özü getmirdi.
Bu, göylərdən gələn ismarıc idi.
Sevgi ismarıcı!Böyük sevginin hərfləri dördölçülü dünyamıza sığmadığından Aqil Yaqub öz içində nəhəng dəyişimlərinolmasını gözləyirdi və günlərin bir günü huşuna gələnlər başına gəldi, dəyişimlər «Ol»du və o, özünütanıyıb: «Bu, mən deyiləm, mən deyiləm, vallah» dedi.Əsl həqiqətdə bu, Aqil idi!İçində aşıb daşan sevgisiylə birgə Aqilin özü.Onun gözlərini sevgi tutmuşdu və bircə bu sözləri pıçıldayırdı: «Dünya, mənə yol verginən»Bu gün ədəbiyyatımızda haqlarında gen-bol söhbət gedən altmışıncıların etmək istədiklərini, dahadoğrusu, «etmək istəmədikləri»ni – yəni hansı mənbədən, hansı «şineldən» çıxıb gəldiklərini diləgətirməyib, guya yaradıcılıq «sirri» kimi gizlətdikləri bir məqamda Aqil Yaqub öz şeirlərində dünyaədəbiyyatından bəhrələndiyini açıq-aşkar sezdirirdi, o, Pablo Neruda, Qarsia Lorka, Nazim Hikmətə vədünya poeziyasının başqa nəhənglərinə şeirlər həsr edərkən çox maraqlı bir poetik jest edərək təkcə oşairlərin dünya üçün nə qədər böyük olduğunu deyil, həm də məhz sözügedən şairlərin istifadə etdikləriədəbi formalardan məharətlə bəhrələnərək Azərbaycan şeirini yeni forma cilvələriylə zənginləşdirmək amacını cəsarətlə ortaya qoyurdu:

Öldü Pablo Neruda
ölüm gələndə mövsümə baxmıır,
Mövsüm də necə mövsüm -
Süngü göyərmişdi yarpaq əvəzi.

(«Öldü Pablo Neruda»)

Aqil Yaqubun klassik ənənələrə münasibətdə də yenilikçiliyi göz önündədir. Şairin klassik janrlarda -ələlxüsus qəzəl janrında elədiyi orjinal improvizələrə laqeyd qalmaq çətindir. Onun ruhsal dünyasından süzülüb gələn hisslər selinin əski və çağdaş linqivistik dil vahidləriylə gözlənilən transformasiyası baş tutaraq klassik irsə və klassiklərimizə həssas münasibətin fonunda bənzərsiz mozaika yaradır. Aqil sanki ruhların çağırışı ayinini icra edir və simvolik göstərici dahi Şəhriyarın üstündə dayanır. Və diqqətli oxucu Şəhriyar ruhunu sezməyə bilməz:

Gözümün gülləri səndin, soluxub, gül tökülüb,
Daha yoxsan, qaraca saçlarıma kül tökülüb.
Var idin, düynyanı bir zəmi sandım özümə,
Sən gedəndən yox olub dünya da, sünbül tökülüb.

Saralan yarpağa bənzər yanağım, görsəydin,
Deyəcəkdin: – Balam əldən gedib, Aqil tökülüb.
(«Anamın məzarı önündə»)

Böyük ədəbiyyat böyük qəlbin çırpıntılarıdır. Küləyin səsi eşidilir!Bütün küləklər – şimal, cənub, şərq, qərb küləkləri köksümüzdən əsir, yelkən kimi qabaran kökslərimiz nəhəng dalğaların arasıyla bizi harasa aparır. Gedəcəyimiz ünvanı bilən varmı?

Bəlkə biz ona görə mövcuduq ki, nəhayətsiz bilməzliyə ürcah olmuşuq? Bütün bu varolumlar yoxolumların fonunda necə də solğun görünür! «Solğun» kəlməsini «gözəl» sözüylə əvəz etsəydim, dünya dağılmazdı ki. «Dünya»nı da «dil»lə əvəzləsəydim, bu cür alınardı: Dil dağılmazdı ki.

Aqil Yaqub da eyzən bu cür eləyir – dili dağıtmır, əlinə qələm aldığı gündən (Yenə də ağ yalan! Çünki qələm son nəticədi, daxili dialoqların – əbədi savaşların bitdiyi yerdə qələm danışır!) dillə qol-boyun olub. Bənna yumru-yumru çay daşlarından dümdüz divarlar hörür. Aqil də sözlərlə ustad kimi davranaraq hörgülər qurur. Və günlərin bir günü öz əliylə hördüyü divarların o üzündə qalır

Və «gülzari-cəmiyyət» onu görmür…Bu da dilin şairə verdiyi absurd hədiyyə, son «bəla!»Dünyanın qədim rahiblərindən birinin əsərində bu cür bir mükalimə vardır:

«- Hərf nədir?
-Tarixin keşikçisi.
-Söz nədir?
-Qəlbin xaini.
-Sözü doğuran nədir?
-Dil.
-Dil nədir?
-Havadan gələn bəla»

Hələ indi-indi anlayıram ki, niyə şairlər göyüzünə üz tuturlar. Çünki onlar göydən gələn bəlaları (Dil bəlaların ən gözəlidir!) öz canlarına hopduraraq insanlığı yoxolmadan qurtarmağa can atırlar. «Eşqidir mehrabı uca göylərin» (Nizami. Və Nizami dünyada yeganə şairdir ki, öz təxəllüsündə Yerlə Göyü birləşdirib! Yerlə göyün vəhdəti olmasa, nizam olardımı?) «Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni» (Füzuli. Göyüzü həm də uca rəbbin üzüdür!), «Göy üzü daş saxlamaz» (Ramiz Rövşən. Bu, bir «aldanış»dır! Göyüzünə atdığımız daşlar əslində bir-birimizə yönəlik daşlardı) Və Aqil deyir:

Mavi göy üzündən boylanan günəş qıpqırmızı bəniz kimiydi… Düşünən adama bənzəyirdi, üfiiqün dalından boylanan səhər.

Yerlə göy arasındakı harmonik əlaqə fonunda bir qədər sakit, mülayim metoforik düşüncələr… Fəqət bu sakitliyin içərisində narahat bir şair ürəyi…

Milli söyüşlərimizə beynəlmiləl «izm» şəkilçisini qoşub nəzmə çəkmək şakərinə mübtəla olub modernist kimi görünmək çox asandır. Lakin bu, nəyi dəyişə bilər? Böyük ədəbiyyat hər cür «izm»lərin fövqündə durur. Nizaminin hansı ədəbi cərəyana mənsub olmasının bir önəmi varmı? Önəmlisi odur ki, o, dahi Eyneşteyndən çox-çox əvvəl zamanın bir illüziya olmasını bilərək təkcə yaddaşdan asılılıq sindromuna son qoymuşdur.

Uzun sənələrdir ki, Aqil Yaqub da nə indidə, nə keçmişdə nə də gələcəkdədir, o, sadəcə, zamansızlıqdadır.

Qızılın dəyəri əyarı ilə ölçülür. Bölgə yazarları üçün qızıl misallı bir əyar, bir meyar olan ustad sənətkar sinninin 65-nə qədəm qoyur. Metafizik baxımdan 65 rəqəmi də böyük bir yolçuluğa işarədir. Yolun, yolçuluğun mübarək, Ustad!

P.S. Aqil Yaqub 65-ə çatdı. “Çatdı” kəlməsində bir könüllülük duyğusu vardır. Belə çıxır ki, o, özü istədi və çatdı. Belə deyil. Gözəl bir rəsmin önündə dursan belə, səni aparacaq eckalator kimidir ömür…İki il önsə dostumun doğum gününə yazılmış bu yazını da zaman harasa dartıb aparmışdı. Onu geri çağırdım. Heç nə dəyişilməmişdi, sadəcə, altının böyrünə qısılan dörd beşə çevrilmişdi…

Yazıya 1208 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.