Yaqut Hüseynova — “QUYU , yoxsa, BİR OVUC TORPAQ…”

yaquthüseynovan

 Atalarımızdan  bizə  belə  bir  söz  mənəvi  miras  qalıb :            ” Özgəsinə  quyu qazan  özü  düşər.”
Əsrlərin , qərinələrin  deyimlərdə  və  atalar  sözlərindəki
həqiqətini  hər  zaman  HƏYAT  özü  təsdiq  edib .  Molla  Nəsrəddin  demişkən ,
” Quyunu  qazanda  dərin  qazma !!! ”  Ay  Molla  əmi , sən ,  nə  qədər  başa saldın
ki , dayaz qaz  quyunu . Nə  eşidən  oldu , nə də  başa  düşən . Daha  doğrusu ,
başa  düşmək  istəmədilər . Amma  çox  sonra  başa  düşdülər .  Onda  da  artıq
gec  idi ! Bax , burda yenə  rəhmətlik  ata – babalarımızın  daha  bir  sözünü
xatırladım : - ” Böyük  sözünə  qulaq  asmayan  mələr  qalar . ” Həqiqətən ,
mələr qalır . Zamanında  quyu  qazanlar murdar  xislətlərinə  aldanaraq ,
quyunu azğınlaşaraq  daha  da  dərin  qazmasaydılar , bəlkə  də  sonra  quyunun
zülmət  saçan  dibindəki  mələrtilərini  kimsə  duya  bilərdi . Köməklərinə  gələn
olardı  ki , xisləti  şeytani  hissləriylə  yazıqlaşanlara  ” SƏN  İNSAN  OLARAQ
YARADILDIN ! “  fikrini  bir  də  anlatsın . 
  


  Özgəsinə  quyu  qazanın  hədəfi  yalnız  və  yalnız  ÖZÜDÜR . Çünki  nahaq

əlindəki   ölümsaçan  silahıyla  haqq , ədaləti  hədəf  seçsə  də , hər  zaman  öz
gülləsiylə özünü  darmadağın  edib !
  QUYU  QAZMAQ …  Adına  ” müasir ”  dediyimiz   dünyanın ,  əfsuslar   olsun
ki , dəbdən  düşməyən  dəbidir .  Bu  dəbi  mənəviyyatına ,  xislətinə
geydirənlər  də  milyonlarladır . Bəlkə  də  bu prizmadan  yanaşsam ,
təbəqələşən  cəmiyyətimizin  eyniləşən  məqamı ,  məhz  bu  DƏBDİR !  Yenə
Molla  Nəsrəddin  jurnalının  sətirlərinə  qayıdır  düşüncələrim . Çünki  çözməyə
çalışdığım  mövzunun  ətrafındakı  fikirlərimə  onun sətirlərindəki  həqiqətdə
aydınlıq  hopur .  ALLAH  qəni – qəni  rəhmət  eləsin , MİRZƏ  CƏLİLƏ !
O  yazırdı : – ” Quyu  qazma , ağac  ək !  Bəlkə ,  ay  nadan , TORPAĞI
tanıyasan ! ”  TORPAĞI  TANIMAQ ,  ona  yaxın  olmaqdan  başlayır . Elə
insanlığa  gedən  yol  da  əllimizə  götürəcəyimiz  BİR  OVUC  TORPAQDAN
başlayır . Bir  ovuc  torpaqdan  başlayan  İNSANLIQ , HƏYAT , İLAHİ   EŞQ
elə  bir  ovuc  torpaqda  da  SONA    qovuşur . Üstündə  dayandığımız  qara
torpağa  elə  addımlarla  iz  salaq  ki ,  sonda  dönəcəyimiz  bir  ovuc  torpağı
VƏTƏN  özünə YAD  SAYMASIN !
   


  Atalarımızdan  qalan    gözəl  bir  fikirlə  başladım   yazımı .  Ümumiyyətlə ,

xalq  deyimləri  mənsub  olduğu  xalqın  kimliyini  sübut  edir ,  onun  hansı
əqidəyə ,  hansı  məsləyə  etiqadını   göstərir   və  hansı  amallar  uğrunda
yaşadığından   söhbət  açır .  Deməli , atalar  sözləri  hər   bir  millətin  iç  üzünə
ayna  tutan  başlıca  məqamdır . Bu  yerdə  mənfur  düşmənlərimizin  bir  deyimini
vurğulamaq  istəyirəm : – ” Harada  günün  yaxşı  keçirsə , ora  sənin  vətənindir . “
Dünyaya  qondarma  erməni  soyqırımını  təsdiqlətməyə çalışan , böyük
Ermənistan yaratmaq   xülyasıyla  yaşayan ,  ” QARABAĞ erməni  torpağıdır “
cəfəngiyatını  reallaşdırmaq  üçün  addımlar  atan  daşnaklar  özləri  özlərinə  öz
deyimlərində  belə  quyu  qazırlar !!!  Ən dəhşətlisi  də  elə  budur !!!
  Hərdən  düşünürəm  ki ,  hələ  neçə – neçə  YUSİFLƏR   keçəcək  görən səndən ,
ey  DÜNYA ?!

 

Yazıya 971 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.