Qədim sufilərin söylədikləri

sufi_5486ba0ef3096

Bütün insanlıq yuxudadı. Adi insanın yuxudan oyanmasının isə, bir kimsəyə faydası yoxdu.

Nəsrəddin

***

Hər bir kəsin içində öz doğuluşunu gözləyən İsa Məsih var.

Cəlaləddin Rumi

***

Bir təxəyyül o biri təxəyyülü dəf edir, bir fikir o birinə qida verir…

Cəlaləddin Rumi

***

Fikir quşunun uçub Allahın hüzuruna çatmaq qüdrəti yoxdu.

Səədi

***

Allahdan savayı hər şey bizi yoldan azdırır.

Cəlaləddin Rumi

***

Müəyyənlik, yalnız bizim görünməz aləmdə gördüyümüz işlərdən yaranır.

Bahuddin

***

Hər müəllim həqiqəti öz üsulu ilə açır və yoxa çıxır

Fərid əd-din Əttar

***

Peyğəmbərlərin bəsirət gözü, şüurdan yayınanları görməkdən ötrü açıqdır.

Əl Qəzali

***

Dünya, üstü mələk hücrələri ilə dolu altı qatda yaradılıb. Yer üzü bu qatların birincisidi.

Bahəddin

***

Özünü üz tutduğun yolun son mənzilinə – özünə yönəlt.

Əftəl əd-din Kəşani

***

Ruhən irəli gedib kamilləşənlər, daim iç dünyalarında işləyənlərdi.

İbn Abbad

***

İztirabı özünlə durulub saflaşma bil.

Hafiz

***

Bal arının iynəsinə dəyər.

Cəlaləddin Rumi

***

Elə ki, sən sənə gələn dərd-bəlanı sidq-ürəklə qəbul etdin, göylərin qapıları üzünə açılar.

Cəlaləddin Rumi

***

Qəbul Allahdandı.

Cəlaləddin Rumi

***

Sevgilimin (Allahın) istədikləri mənim bütün qəm-qüssəmi, kədərim yoxa çıxardı.

Cəlaləddin Rumi

***

Alçaq xislət – fırtınasını gizlində saxlayan saxta təmkin gölüdü.

Cəlaləddin Rumi

***

Axtaran qəzəblidisə, demək, daxili işıqdan məhrumdu.

Əl İsfahani

***

Sən bildiyindən də çox köməyə ehtiyaclısan.

Cəlaləddin Rumi

***

Allahı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə ölməz və əbədi olan Odur.

Fərid əd – din Əttar

***

Siz təxəyyülü bütün reallığı ilə gördünüz və ondan reallığa döndünüz.

Mənsur Həllac

***

Allah sənə öz alçaq xislətinin qidasından imtina etməkdə yardımçı olsun.

İbn əl Hüseyn

***

Cilovunu möhkəm saxla ki, eşşəyin yolundan azmasın.

Cəlaləddin Rumi

***

İnsanlardan mənimsədiyini yadından çıxart. Allahdan mənimsədiyin ol.

Cəlaləddin Rumi

***

Axmaq ürəyində: «Allah yoxdu» – deyir.

Cəlaləddin Rumi

***

Oxuduğu vərəqdə yazılanın mənasını hamı bilmir.

Hafiz

***

Mənim şeirlərimə Allah məna verir.

Cəlaləddin Rumi

***

Bu dünya – zəhərdir. Bu zəhərin şəfası -  Allahdır.

Cəlaləddin Rumi

***

Alçaq xislət o qədər mütəşəkkildir ki, ondan Allahın köməyi olmadan qurtulmaq mümkün deyil.

Qədim sufi kəlamı

***

Bax, yerin təkindən göylərə ucalan bu ecazkar rəqsə tamaşa et…

Cəlaləddin Rumi

***

Davamlı səylər və çalışmalar Axtarana mələk halını qazandırar.

Fərid əd-din Əttar

***

Az-az adamlar alovun ortasında otura bilirlər.

Cəlaləddin Rumi

***

Tərki-insanlıq zahirlə əlaqəsi olmayan ruhi haldır.

Hücviri

***

Sən tək deyilsən. Allah səninlədi. Sənə görə döyüşənlər var.

Cəlaləddin Rumi

***

Allahın «Ol» hökmündən sonra bu Sözün özündən yaxşı ol.

Cəlaləddin Rumi

***

Mühakimə etmək Şeytanın vərdişidi, insanı o biriləri anlamağa imkan verməz.

Cəlaləddin Rumi

 

***

Hafiz daim öz yanar çırağını Kainat ənginliklərində saxlayacaq və sənin ruhunu ilahi işığın rahatlığına qərq edəcək.

Hafiz

***

Əgər  xilas barədə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa,  nə vaxt qıracaqsız?

Əl Qəzali

***

Bir də qayıt və özünü yadına sal.

Cəlaləddin Rumi

***

Alçaq xislətinin istəklərini dönə-dönə yerinə yetirmə.

Cəlaləddin Rumi

***

Xırda işlərdə ardıçıllıq böyük işləri mükəmməl edir.

Cəlaləddin Rumi

***

Siz hər biriniz çobansız və hər biriniz öz sürünüzə cavabdehsiz.

İbn Ərəbi

***

Ey Allaha inananlar, Allaha inanırsınızmı?

Əl Qəzali

Tərcümə: Afaq MƏSUD

Yazıya 820 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.