Bəxtiyar QARACA –Davud Nəsibin ümid qatarı

Lap uşaqlıqdan yolları və qatarları sevirdi. Xəyalında oyollara düşüb çox getmişdi, o qatarlara minib dünyalarıgəzmişdi. Hər gecə o qatarların səsini eşidər, vaqonlarınyorğun işıqlarını seyr edərdi:

 

 

Bir uşağın intizarından777_43kp33y6co

Köksü yaralı,

Gedib-gələn qatarları

Bir-bir sayırdı.

Qatar keçir gecəyarı,

Kənddən aralı,-

“Sən tələsmə, o,gələcək”-

Pıçıldayırdı.

Bu qatarın sözlərini

Bir eşit, dinlə:

“Bir ata var, uyuyubdu,-

Uzaq bir çöldə”…-

Pıçıldayır səhər-axşam:

“Gedək mənimlə,

İntizarla gözləyir o,

Bir qərib eldə”.

 

 

“O, gələcək” ümidilə böyüdü və həmin qatarlarda bir gün yola çıxdı. Xəyalında, ürəyində olanları, müharibədən qayıtmayanları– atasını, əmilərini, əzizlərini axtara-axtara yollar keçdi, ölkələr gəzdi. Lap sonda bildi ki axtardığı elə burda—yanında, ürəyindəimiş…

 

O bilirdi – insan yaşasa da, yaşamasa da böyüyür, yaşı artır, özü isə yaddaşlarda dünyadan köçüb getdiyi kimi qalır – uşaq,cavan, yaxud qoca. Necə ki atası yaddaşında cavan. Gənc qalmışdı…

 

Yaşasaydı, 70 yaşını görəcəkdi, yaşamadı, yaşaya bilmədi, o qatarlar və yollar, bir də son illərin ağrı-acıları onu yaşamağaqoymadı.

 

Ədəbi ictimaiyyətin yaxşı tanıdığı şair, publisist, tərcüməçi Davud Nəsib 9 ildən artıqdır ki, bu dünyada yoxdur. Yaddaşlarda isənecə var- yaşayır, bu illər ərzində dəyişən onun həsrəti, kədəri, bir də yaşıdır.

 

Dünyasını dəyişəndə ömrünün 60-cı ilinə qədəm qoymuşdu. Bu yaxınlarda isə 70 yaşı tamam oldu. Bu yaşı övladları, yaxınlarıartıq neçənci dəfə onsuz qeyd etdilər.

 

Davud Nəsibi poeziyaya da ata həsrəti gətirmişdi. “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (1973), “Anama məktublar” (1974 – Moskva), “Ürək sözsüz danışar” (1976) kitabları, “Oğullar vətənləşib”, “Qayıdın, atalar”, “Ümid qatarı”, “Yuxuda görüş” əsərlərində də o, dönə-dönə müharibəyə, onun doğurduğu faciələrə geniş yer vermişdi. Atahəsrəti, ata qayğısına, ata məhəbbətinə ehtiyac, atasızlığın doğurduğu ağrı-acı, Vətən uğrunda döyüşlərdə həlak olmuş, üzünübelə görmədiyi atanın xatirəsi önündə ağrılı fərəh, iftixar hissi də Davud Nəsibin şeirlərində təsirli cizgilərlə öz əksini tapır.Davud Nəsib özü də səmimiyyətlə etiraf edirdi ki, “Bu müqəddəs mövzudan mənim atam doğulub,onda mənim düşmənə qalibgəlmiş əsgər atam yaşayır.”

 

Vaxtilə bu həsrətlə qələmə aldığı “Ata” şeiri vaxtı-zamanı üstələyib bu günkü dərdlərimizlə, qaçqınlığımız, köçkünlüyümüzlənecə də səsləşir:

 

 

Ev tikmək istədik, qaldı yarımçıq,

Yaşıl mamır bitdi daşların üstdə.

Hardasan, ay ata, hardasan? Gəl çıx,

Nə vaxtdır qalmışıq qulağı səsdə…

 

 

“Dünya bir körpüdür” kitabına yazdığı ön sözdə tənqidçi Nadir Cabbarov daima Davud Nəsibin şeirlərindən boylanan bu atahəsrətini belə qiymətləndirirdi: “Davudun lirik qəhrəmanı şəhid ata yoxluğuna yenə vəfalı övlad-oğul məhəbbətilə yanan həmino kövrək lirik qəhrəmandır. Davud Nəsibin şeirlərində çox tez-tez eşitdiyimiz bu çağırış, “Ay ata” nidası ilə əks olunan bu nisgilliharay uzaq illərin müharibə deyilən acı və sərt bir həqiqətindən baş alıb gəlir. Bu həqiqətin “qəm asılı pəncərələrindən”boylanan uşaq yaddaşı özü ilə bərabər dünyəvi kədərin, hamımızın payına düşən o bəşəri müsibətin solub-saralmayan, iliklərəqədər hopmuş acı xatirələrini də çəkib gətirir:

 

 

Dörd ildə qar düşdü saçlara dən-dən,

Nələr eşitmədik, nələr görmədik.

Dörd il qəm asıldı pəncərələrdən,

Dörd il bu dünyanı gülər görmədik…

 

 

Bu misralar isə Davud Nəsibin “Tərcümeyi-hal” şerindəndir. Onu rəqəmlərlə ifadə eləsək, onu belə də yazmaq olar: DavudNəsib 1942-ci il avqustun 25-də Qazax rayonunda anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra – 1959-1963-cu illərdə ADU-nun kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə həmin rayonda nəşrolunan”Qalibiyyət bayrağı” qəzetində “Mənim doğma çayım – mənim Kür çayım” adlı ilk şeiri ilə başlayıb.

 

Həmin vaxtdan fəal şəkildə ədəbi proseslərə qoşulan Davud Nəsibin yaradıcılığı çoxcəhətli, axtarışları rəngarəngdir. O, SSRİxalqları, eləcə də dünya ədəbiyyatından bədii tərcümələrin də müəllifidir. Macar şairi Mikloş Radnotinin “Yaralı ağılar” şeirlərkitabını ilk dəfə doğma dilimizə çevirən də Davud Nəsibdir. Tərcümələri sevə sevə edirdi, onlara öz əsərlərinə çəkdiyizəhmətdən az zəhmət çəkmirdi. Ədəbi materiala diqqət, sevgi bir vaxtlar onu –1978-1080-ci illərdə Macarıstana çəkibaparmışdı.

 

Onun yaradıcılığı o vaxtkı sovet oxucularına da yaxşı tanış idi. Əsərləri Moskvada “Sovetski pisatel” nəşriyyatında böyük tirajlaçap olunmuşdu. “Anama məktublar” (1974), “Ocaq daşları” (1981) şeirlər kitabları belə uğurlu ədəbi nümunələrdəndir.

 

Davud Nəsibin həyatında, yaradıcılığında Azərbaycan Televiziyası da böyük rol oynayıb, bir müddət – 1966-1969-cu illərdəDövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor vəzifəsində çalışıb. Sonralar – 1971-1972-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik Ali Ədəbiyyat kurslarını bitirib “Ədəbiyyat və incəsənət” qəzetiredaksiyasında əvvəlcə ədəbi işçi, sonra təsviri sənət şöbəsinin, daha sonra poeziya şöbəsinin müdiri olub. Qəzetin o dördəböyük nüfuz qazanmasında onun yaşlı və gənc nəslə mənsub tanınmış müəlliflərilə yanaşı həm də yaradıcı, fədakarəməkdaşlarının zəhməti az deyildi. Belə qələm sahiblərindən biri də istedadlı şair, publisist Davud Nəsib idi.

 

O, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycan komsomolu (1984) və Ümumittifaq komsomolumükafatları laureatı idi (1986). ÜİLKGİ –nin XVU qurultayına Azərbaycandan nümayəndə seçilmişdi. Azərbaycan SSR AliSoveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü.Az ömründə yazıb yaratdıqlarına nəzər salmaq kifayətdir: “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbətyolları” (19730, “Ürək sözsüz danışır”(1976), “Ümid qatarı” (1979), “Bizdən sonra yaşayanlar” (1981), “Əsrin laylası” (1982), “Azərbaycan bayatısı” (1984), “Dünya bir körpüdür” (1987), “Karvan gedir” (1991), “Cavanşir” (2000), “Cavanşirsiz məmləkət” (2002) və hələ nəşr olunmayan “Ata laylası”.

 

O, harda olmasından, harada yaşamasından asılı olmayaraq bütün ruhu ilə, varlığı ilə öz yurduna, torpağına bağlı idi:

 

 

Vətən məhəbbətli, vətən ünvanlı

Bir ürək döyünür köksümün altda.

 

Həmyaşıdları kimi, İkinci Dünya müharibəsi illərində doğulan şairin canından o davanın ağrı-acıları heç vaxt getmədi. Müharibəqurtarsa da, onun törətdiyi faciələr uzun illər ata-oğul niskilli insanların qəlbində kök salıb yaşayırdı. Odur ki, bu faciələriyaşayanların, xüsusilə ötən əsrin 60-cı illərində ədəbiyyata gələn insanların yaddaşında, qələmində müharibə mövzusu genişyer tuturdu. Davud Nəsibin də şeirlərinə o illərin havası hopmuşdu. Müharibədə həlak olan həmvətənlərinin, davadan geriqayıtmayan atasının və digər doğmalarının narahat ruhu onun yazılarına hakim kəsilmişdi:

 

 

 

…İndi böyümüşəm, evə baxıram,

Bir yurda bir ümid gətirmişəm mən.

Məni od içində tapıbdır anam.

Bir ata, üç əmi itirmişəm mən.

 

 

Müharibədən illər keçsə də, o yalnız biganələr və manqurtlar üçün, dünyanın gələcəyinə arxa çevirənlər üçün qurtarıb başaçatır. Başqaları üçünsə müharibə elə bir faciə, elə bir fəlakətdir ki, tarixin göz yaşları ilə dolu ibrət dərsi kimi daim xatırlanır.Müharibə Davud Nəsib taleli insanlar üçün həm də bir “Tərcümeyi-hal”dır:

 

 

Mənim yaşıdlarım barıt nəfəsli,

Bütün nəsillərin kövrək nəslidir.

Mənim həyat nəslim,

Qayğılı nəslim

Bəlkə ağıl nəsli,

Ürək nəslidir.

 

Onun şeirləri xalqın ruhuna köklənən, bugünkü gəncliyin nəbzini tutan şeirlərdir. Həyat təzadlarla, zidiyyətlərlə doludur. DavudNəsib bunları çox gözəl bilirdi. Kədərlə sevinci insanların həyatından, taleyindən kənarda təsəvvür etmək mümkün deyil.Birində çox, birin də az. Lakin zəhmətsiz, hazır səadətin, sevincin ömrü də az olur. İnsan gərək xoşbəxtliyi öz gücü, öz istedadı,bacarığı ilə qazansın. Qarşısına çıxan şər qüvvələrə qalib gələ bilsin. Bu mənada Davud Nəsibin dillər əzbəri olan şeirləri var.Bir ata nəsihətilə “A qızlar, sevgidə tələsməyin siz” deyə gənc qızlara ünvanladığı bir şeiri həm də bütün Azərbaycangəncliyinə, onun sabahına bir məktub da hesab eləmək olar:

 

 

HƏYATIN HESABSIZ HAY-HARAYINDAN

ÖMRƏ BİR HAY DÜŞÜR, BİR HARAY DÜŞÜR.

YADDA SAXLAYIN Kİ, SEVGİ PAYINDAN

HƏYATDA HƏRƏYƏ BİRCƏ PAY DÜŞÜR.

 

 

GİZLİCƏ QOVRULUB HEY İÇİN-İÇİN

KİM İSƏ ÖMRÜNÜ AÇAR SƏHƏRSİZ…

HƏLƏ TƏLƏSMƏYİN, HƏR BİRİNİZÇÜN

BİR OĞLAN YOL GƏLİR SİZDƏN XƏBƏRSİZ….

 

Davud Nəsib dövrün, zəmanənin övladıdır. Bunu söyləməyə onun yazdığı şeirləri, nəsr əsərləri əsas verir. 1991-ci ildə “Karvan gedir” kitabından sonra sanki onun yaradıcılığında uzun bir fasilə yaranır. Amma az sonra iki böyük əsər–2000ci ildə nəşr olunan “Cavanşir” və iki il sonra “Cavanşirsiz məmləkət” tarixi romanları ilə o, yenidən oxucuların görüşünə gəlir.

 

Davud Nəsib tarixə, keçmişə bağlı şair idi. Dərdin, kədərin, həsrətin ifadəsi üçün klassik ədəbiyyatdan gələn bənzətmələrdənməharətlə istifadə edir, durnaları köçəri qumru quşları əvəz edir:

 

 

Bəlkə dalınca mən də qaçardım,

Ürəyim çatlayıb yarılmasaydı.

Uçardım sizinlə, elə uçardım

Əgər qanadlarım qırılmasaydı.

 

 

Hardan uçmuşdunuz, köç etmişdiniz,

Kim saldı vətəndən sizi didərgin?

Buranı gəlməyə seç etmişdiniz, –

Buranın obası, düzü didərgin.

 

 

Kökündə Nizami, Füzuli, Vaqif, Zakir şeirlərinin ruhu duyulan bu həsrət nəğmələrinin Davud Nəsib dünyasında başqa bir yeri,mənası var. Yaşadığı illər və ağrı-acılar onu dəyişə bilmədi, Davud Nəsib həmişə üzünü dünyaya, insanlara tutdu.Yer üzündəkifəlakətlər, itkilər həqiqi bir şair kimi ondan yan ötmədi. Haqqın, ədalətin, sülhün, əmin-amanlığın bəşəriyyət üçün yeganə yololduğuna şərik çıxdı, buna inandı və bir gün yenə, heç kəsin gözləmədiyi bir vaxtda uşaqlıqdan arzuladığı qatarların, yollarınarxasınca düşüb getdi – 2003-cü il martın 26-da bir qəzada dünyasını dəyişdi. Amma onun içindəki “qəza” daha əvvəllər başvermişdi…

 

 

Görməyib, neyləsin yazıq kasıblar…

Nemət qucaq-qucaq, var qucaq-qucaq;

Çəkir qabağına süfrədə nə var,

Hər kəs özü üçün yaşayır ancaq.

Basır üst-üstünə tamah-tamahı,

Tamahı olanın olmur Allahı.

Hara getməliyik, Qumru quşları?

Məni qınamayın, deyəsən tapdım:

Gora getməliyik, Qumru quşları.

Yazıya 1096 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.