KİŞİLƏRİN GƏLİN GETDİYİ ÖLKƏ

10178207_1415174405418462_2135594827_n-150x150

Dünyanın müxtəlif ölkələri fərqli adətləri ilə seçilirlər. Bunlardan ən qeyri- adi olanı isə İndoneziyanın Sumatra adasına məxsusdur.

Bu adanın sakinləri olduqca fərqli həyat yaşayırlar. Dünyanın ən böyük altıncı adası olan Sumatrada ailə quruluşu çox fərqlidir. Adada yaşayan 4,5 milyon “Minanqabau” topluluğu dünyanın ən böyük “anaxaqanlığı”nı təşkil edir.

Burada evlər qadınlara məxsus olur və nəsil anadan davam edir. Ən maraqlısı isə toydan sonra xanımlar bəyin evinə deyil, bəylər xanımın evinə köçürlər. Evləndikdən sonra xanımın soyadını götürən kişilər tamamilə qadından asılı vəziyyətdə olurlar.

Hətta burada həyat yoldaşı tərəfindən boşandıqdan sonra kişilərin yaşaması üçün “sığınacaq”lar da fəaliyyət göstərir. Bu adada kişilərin vəziyyəti çox acınacaqlıdır. Evdən qovulduqdan sonra heç bir sosial təminatı olmayan kişilər məscidlərdəki sığınma otaqlarında yaşamağa başlayırlar.

Adət etdiyimizin tam əksinə olaraq “Minanqabau” gəlinləri öz qaynanalarından şikayət etmirlər. Burada narazı tərəf kişilərdir. Ev işlərinin də öhdəsindən gəlməli olan kişi həyat yoldaşı öldükdən sonra demək olar ki, evsiz qalır.

Yazıya 707 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.