Emili Dikinson– Anlatmağı bacarmayanlar susar (Yeni tərcümələr)

Эмили-Дикинсон.

İçimizdəki  işıqla yaşadıq

qaranlığı hiss edincəyə qədər.

 

***

 

Anlatmağı bacarmayanlar susar

susar anlatmağın başını buraxanlar

susar anlaşılmayacağına qərar verənlər

başqalarından ümidini kəsənlər susar.

Susar səhv etməkdən,

özünü ələ verməkdən qorxanlar.

zənn etdikləri dünyada yaşadıqlarını

qəbul etməyəcək qədər

gücsüz olanlar susar.

Susar hər şeyi görüb,yaşadığını düşünənlər

güclü görünməyə  ehtiyac duyacaq qədər

zəif olanlar susar.

 

Şşşşş..səssizlik !

 

ən əvvəl

sonsuzacan danışa bilənlər

sonra qadınlar  susar.

sonra şairlər ..

ən son da

ölülər

 

***

 

Ayrı qalmalıyıq belə

sən orda,mən burda

yarıaçıq qapıdan

okeanlar görünür..

dualar ..

bir də

ümidsizlik…

 

***

 

Dəniz ‘’gəl’’ dedi çaya

‘’qoy böyüyüm bir az’’ –  dilləndi  çay.

-böyüsən dəniz olacaqsan

mən səni istəyirəm

indi gəl ..

                                                                                                        İngiliscədən  çeviri:  FƏRİDƏ

                                                                                                                  kultur.az üçün 

Yazıya 828 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.