İlham Tumas–Kütlə olmaqdan yorulmadıq?

297889_299213926755985_1074820034_n

Pat­rik Zyüs­kin­din “Ətriyyatçı”sındakı edam səh­nə­si­ni xa­tır­la­yır­sı­nız­mı? Onlarla qız qa­ti­li­ni, qur­ban­la­rı­nın cə­səd­lə­ri üzə­rin­də eks­pe­ri­ment apa­ran man­ya­kı, in­san ya­ğın­dan is­ti­fa­də et­mək­lə dün­ya­nın ən qə­ri­bə ətir­lə­ri­ni dü­zəl­dən ətriyyatçı Jan Ba­tist Qre­nu­yu sil­si­lə qətl­lər tö­rət­di­yi şə­hər­də sa­kin­lər qar­şı­sın­da edam et­mə­yə çı­xa­rır­lar. An­caq in­di­yə qə­dər onu diş­lə­ri-dır­naq­la­rı ilə did­mə­yə ha­zır olan on min­lər­lə in­san ətriyyatçını gö­rən və bə­də­ni­nə sürt­dü­yü ətir­lə­rin qo­xu­su­nu du­yan ki­mi bu au­ra­nın əsi­ri­nə çev­ri­lir, qar­şı­sın­da səc­də­yə dü­şür, əlin­dən-ətə­yin­dən öpür, tir-tir əsir, yal­va­rır. Bu küt­lə­vi eks­taz­da kim­lər yo­xuy­du: ye­kə-ye­kə din adam­la­rı, şə­hər rəh­bər­lə­ri, qət­lə ye­ti­ri­lən gü­nah­sız qız­la­rın ata­la­rı, ana­la­rı, ba­cı-qar­daş­la­rı…

Be­lə­lik­lə, əv­vəl­cə də­mir zo­pa ilə ayaq­la­rı, əl­lə­ri, qa­bır­ğa­la­rı sın­dı­rıl­dıq­dan son­ra ca­nı çı­xa­na qə­dər şə­hər mey­da­nın­da­kı iri çar­mıx­da mıx­lan­mış və­ziy­yət­də qal­ma­lı olan qa­til Qre­nu­yun eda­mı ümum­xalq vak­xa­na­li­ya­sı­na çev­ri­lir: ”Abır­lı qa­dın­lar pal­tar­la­rı­nı cı­rıb, si­nə­lə­ri­ni aç­dı­lar, ye­rə uzan­dı­lar… Ha­mı bir-bi­riy­lə cüt­ləş­di: qo­ca ba­ki­rə qız­la, ye­mək­pay­la­yan və­kil ar­va­dıy­la, şa­gird ra­hi­bəy­lə, ye­zu­it frank­ma­son­la…”.

…Küt­lə və­fa­sız­lı­ğı­nı, küt­lü­yü­nü, unut­qan­lı­ğı­nı bun­dan gö­zəl ne­cə təs­vir et­mək olar? Bu ba­xım­dan, “Ətriyyatçı” mə­nim üçün həm də çağ­daş döv­rü­mü­zün bü­tün so­si­al-si­ya­si, ic­ti­mai də­yər­lə­ri­ni özün­də əks et­di­rən si­ya­si trak­tat­dır. Se­vin­ci-kə­də­ri, əziy­yə­ti-həz­zi ilə bir­gə ya­şa­dı­ğı­mız məm­lə­kət­də az­mı olub ki, dü­nə­nin lə­nət­li­lə­ri bu gün əl­lər üs­tü­nə qal­dı­rı­lıb, qa­til­lər, qul­dur­lar, ta­lan­çı­la­rın ba­şı­na and içi­lib, na­mus oğ­ru­la­rı­na mədh­lər ya­zı­lıb? Ya­xud gü­nün bu və­də­sin­də­cə, əs­lin­də, Jan Ba­tist ki­mi əl­lə­ri-ayaq­la­rı, qa­bır­ğa­la­rı sın­dı­rıl­dıq­dan son­ra ca­nı çı­xa­na qə­dər çar­mıx­da qal­ma­lı olan­la­rın mü­da­fiə­si üçün göy­lə­rə zil­lə­nən səs­lə­ri eşit­mir­si­niz­mi? Gö­rə­sən, fı­rıl­daq­çı və mil­lət ma­lı ye­yə­nə “heç bir gü­na­hı yox idi” de­yi­bən üz vur­maq­la, qul­du­run bi­ri­nə ün­van­lı “ni­yə əfv olun­mur” de­mək­lə onlarla qız qa­ti­li Jan Ba­tist Qre­nu­yun au­ra­sı­na da­vam gə­tir­mə­yə­rək küt­lə­vi vak­xa­na­li­ya­ya gi­riş­mə­yin elə bir fər­qi var­mı? Axı, niyə hər şeyi unudur və başımıza gələnlərdə heç dəxli olmayanları “lənətulla” eləyib, az qala “ümmətdən kənar” elan edirik? Bunun tərifini rəhmətlik Qustav Lebon özünün “Kütlə psixologiyası”nda əsrlər əvvəl verib, axı. Kütlə olmaqdan yorulmadıq? Hər tə­rə­fi Jan Ba­tist qo­xu­su sa­rıb…

atv.az

Yazıya 789 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.