Tural Sahab – Kənan Hacını öldürməyin

tural sahabimg1873029 Öncəliklə onu deyim ki, Kənan Hacı bu qədər yazanların içində “ böyük ədəbiyyata” gedə biləcək bir neçə yazardan biridi. Ancaq hələ o, böyük əsərlərini  yazmayıb. Inşallah, qısa zamanda sağalar və ondan gözlədiyimiz əsərləri yazar. Ədəbiyyatımızda iki zidd qütb var hal-hazırda. Bunlardan biri Postmodernizmi qəbul edənlər, digərləri isə qəbul etməyənlərdi. Kənan isə bu iki qütbün mərkəzindədi, milli mənəvi dəyərlərə sahib çıxaraq, postmodernizmi doğru anlatmaq istəyənlərdəndi. Açığı mənim postmodernizmə olan düşüncələrimi onun fikirləri yumşaltdı. Onun üçün Kənan sağalmalı və ədəbiyyatda öz izini qoymalıdı… Deməli millətimin “ gözəl” bir atədi var. Mən deyim, hər kəs gözünün qabağına gətirsin. Elə ki, bir nəfər xəstələndi, düşdü yatağa. Bütün qohum- əqraba yığışır onun başına- yatdığı otağa. Qapı- pəncərə bağlanır, o qədər insanın nəvəsi və havasızlıq… indi kişisən, gəl oradakılara deynən ki, xahiş edirəm başqa otağa keçin, xəstəyə təmiz hava lazımdı, vallah adamı daşqalaq edər, sözə qoyarlar ki, “ bəs filankəsin xəstəsi vardı, adam yerinə qoyub, yanına getdik. O da bizi evindən qovdu”… xəstə havasızlıqdan ölməsə də, qorxusundan ölər. Çünki, bilir ki, bu qədər insan gəlibsə deməli vəziyyət yaxşı deyil… Kənanın xəstəlik söhbəti çıxandan sonra nədənsə bu söhbət ağlıma gəldi. Hər kəs güya sevdiyindən- düşündüyündən adını tağ edib, ağlamalı- ağlamalı statuslar yazdı. Vallah o cür yazılar mənə yazılsaydı sağalmaz bir xəstəliyə tutulduğumu düşünüb, qorxumdanca canımı tapşırardım. Birincisi Kənan Hacını sağaltmaq, müalicə etdirmək dövlətin işidi.  Və inanıram ki, müraciətlər boşuna getməyəcək, dövlətimiz öz yazarına, vətəndaşına yardım əlini uzadacaq. İndi gələk digərlərinə. Əzizlərim deyək ki, yardım etmək istəyirsiz- çox gözəl. Bank hesabı açılıb, gücünüz çatır öz yardımınızı edin. Paylaşaraq insanların da görməsi üçün cəhd edin, ancaq ağ etməyin də. Vallah, billah ağ edirsiz. Bəzi jurnalistlər, xəbər saytları var ki, gözləyir kimsə xəstlənsin, ölsün, bundan istifadə edim, insanların acısını kullanaraq saytın, qəzetin, TV-nin reytinqini yüksəldim. Bunun zirvə nöqtəsini biz Aqşindən xəstaxanada müsahibə alan Mirşahində gördük… Onun xəstəliyindən istifadə edib özünüzü, saytınızı reklam etməyin, başsağlığı verərmiş kimi keçmiş olsun deməyin. Nə ona, nə də bir başqasına. Kənan Hacı böyük yazardı, siz Allah onu aciz biri kimi göstərməyin, mən onu bu cür görmək istəmir. O, çox güclü biridi. Bəlkə də onun yaşadıqları çətinlikləri hansı birimiz yaşasaydıq indi çoxdan yox olmuşduq. Kənan aciz, zəif biri deyil. Sadəcə xəstələnib və bəxti gətirməyib ki, sözə qiymət verilən bir məmləkətdə dünyaya gəlməyib. İndi bir müğənni xəstələnsəydi çoxdan bütün millətimiz, dövlətimiz səfərbər olardı onu sağaltmaq üçün. İndi bir yazarın ağlamalı mahnılar oxuyub, millətin beynini yuyan bir müğənni qədər dəyəri yoxdumu nəzərimizdə… Nəisə ürəyim doludu, ancaq uzun yazıb başınızı ağrıtmayım. Yazımı İradə Aytelin Kənana yazdığı şeirdən bir parça ilə tamamlayım…

Ziyarətçin çoxdumu?

Dostlar, tanışlar, yadlar.

Halını soranların,

Qanını soranların

Sorub Üstündən adlar!

Yazıya 1002 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.