Aysel Abdullazadə – Anaların eqoistcəsinə oğul sevgisi

12108797_10207817971677409_4302331997601798134_nAnalar oğullarını o qədər eqoistcəsinə sevirlər ki, bu, gələcəkdə övladın yaşamına da mənfi şəkildə sirayət edir. Lap kiçik yaşlarından bütün varlığını, kimliyini, daxilini övlada bağlayıb, sonrasında onun həyatını məhdudlaşdıran analar tanıyıram. O qədər qısqanclıq yaşayır ki, oğlunu sevdiyi qadınla belə paylaşmaq, bölüşmək istəmir.

Gələcəkdə ailə quran oğul istəklərini qısıtlamalı olur, ayrı evə belə çıxa bilmir. Ananın olmazları, küskünlüyü onu buna məcbur və vadar edir. Anaya, belə olmaz, etdiyinin doğru olmadığını deyəndə isə bu eqoist fikirləri səsləndirir: “Mən onu böyütmüşəm, yetişdirmişəm, əlimlə yemək yedirmişəm, xəstə olanda baş ucundan ayrılmamışam, indi məndən ayrı yaşamaq istəyir?”

Ay ana, sən bu övladı dünyaya gətirmisənsə, bu saydıqlarını, zatən, etməlisən, etməli idin və etmisənsə, nə xoş sənə. Böyütməlisən, oxutmalısan, imkanlara uyğun normal olan hər şeylə təmin etməlisən. Ancaq bunları etməyin sənə əsas vermir ki, övladının gələcək həyatını kölgələyəsən, ondan iki əllə yapışıb, sənin istədiyin ixtisası seçmədiyi üçün, səndən ayrı qaldığı üçün, sevdiyi qadın olduğu üçün onu nankor adlandırasan!

Analar, övladlarına daxili bağımlılıq hissi ilə yaşayırlar. Bu heç bir formatda düzgün deyil. Hər insanın şəxsi həyatı onun özünəyönəlikdir. Ana belə, övladının həyatına müdaxilə etməkdə, onu öz istəklərinə uyğun şəkildə istiqamətləndirməkdə hüquqsuz və haqsızdır. Ana, balasına qarşı olan analıq vəzifələrini övladının başına vuraraq, bunu əsas gətirərək onun istədiyi həyatı yaşamağına mane olmamalıdır.

İnsanlar sərbəst şəkildə, heç kimdən asılılığı olmadan yaşayıb yaratmalıdır. Nə ana övladından, nə də övlad anadan asılı vəziyyətdə olmamalıdır. Hər iki şəxsin individual həyatı və yaşam şərtləri özü üçündür.

Burada bəhs etdiyimiz mövzu tam olaraq bu şəkildə eqoizm sərgiləyən ana-qadın obrazına aiddir. Digər situasiyaları əsas gətirməklə, məsələnin məğzindən uzaqlaşmayaq.

Yazıya 760 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.