Öz kökünü unudub, özgə kökünə calaq olanlar…

tural sahabGəlin sizinlə bir meşəyə gəzməyə gedək. Cürbəcür ağacların olduğu bir meşə. İnsanın ruhu dincəlir, lap şair olmaq istəyir…. indi ağaclara baxaq. Bax, bu çayın qırağındakı ağac palıd ağacıdır, o irəlidəki uçurumun kənarında olan isə vələs. Bunlar kimi yüzlərcə növ ağac var və onların hər biri öz kökünün üzərində bitir. Mən heç palıd kökündə bitən vələs görmədim…

Gənclərimiz ciddi fikir, düşüncə boşluğundadır. Onları anlamaq olar, gəncdirlər, beyinləri “qandır”. Bir doğru yol göstərləri yoxdur. Onun üçün kimisi şiəlik adı ilə irançılıq edir, kimisi sünnilik adı ilə Suriya və İraqa döyüşməyə gedir, kimisi kommunizm arzusu ilə Sovetin geri dönməsini gözləyir, kimisi də avropanın mənfilərini mədəniyyət adı ilə qəbul edir. Bunları anladıq, bəs yazıb-oxuyanlarımız niyə yad məmləkətlərə həsədlə baxır, onları öz ölkələrindən çox sevir?!

And olsun Allaha ki, İslamı söyüb, müsəlmanı bəyənməyənləri kilsədə şam yandırarkən görürəm. Türk deyəndə ağız büzənləri, fransız, alman deyəndə heyran- heyran baxan görmüşəm. Bu millətin əsrlərcə formalaşan milli, mənəvi dəyərlərini mentalitet adı ilə “ vuranları” avropanın dəyərlərinə doğru iməkləyən görmüşəm…

Parisdə olan məlum hadisədən sonra bəzi vətəndaşlarımız sosial şəbəkələrdə duvar şəkillərini fransız bayraqları ilə bəzədilər. Buna etiraz edənləri isə az qala terorçu, insanlıqdan uzaq varlıqlar adlandırdılar. Bu insanlar bundan öncə də eşcinsəllərin bayraqları ilə bəzəmişdilər duvarlarını, ancaq qısa zaman öncə Türkiyədə terror olduğu zaman nədənsə biz onların səhifələrində Türk bayraqları görmədik. Baxın, bu gün Suriyanın Türkməndağı adlanan bölgəsində türkmənlər qətl edilir, baxın görün bu haqda nəsə deyirlərmi, yazırlarmı? Məsələ insan haqları zad deyil, sadəcə müsəlman, türk olmayan hər kəsə həsədlə baxır, sevirlər. Belə olmasaydı, eşcinsəllərdən yazdıqları qədər heç olmasa Suriyadakı müsəlmanlardan da yazardılar….

Bir çoxunda aşağlıq kompleksi var. Nədənsə türkü, müsəlmanı digər irq və dinlərdən aşağıda görürlər. Onun üçün də başlayırlar tənqid etməyə, aşağılamağa. Bir çoxu ateistdir, dediklərinə görə. Yalnız islam dinini qəbul etməzlər. Özlərini dünya vətəndaşı kimi hiss edir, ilk fürsətdə ölkəni tərk edib, gedirlər sevdikləri avropaya. Onlara görə bu millət ən adi etik qaydaları bilməyən insan toplumudur….

Hər ağac öz kökündə bitdiyi kimi, hər millət də ancaq öz kökündən güc alaraq gələcəyə yol ala bilər. Allah eşqinə, dünya tarixində sözünü deyən,  yüzlərcə dövlət quran bu millətin dəyərlərini inkar etməyə ürəyiniz necə gəlir?!

Tural Sahab

 

Yazıya 754 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.