İSMAYIL MƏRCANLI İMANZADƏ – ANA VƏTƏN SƏNİNDİR (video)

3Ulu Tanrıdan cəmi şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm!

 

Şəhidim, əhsən sənə,

Vətənə bəxş etdiyin

Zəfərin nə gözəlmiş!

Yurd amalınla birgə

Şəhid ucalığından

Tanrının dərgahına

Səfərin nə gözəlmiş!

Könlümüzü oxşadı

Yenilməz hünərindən

Soraq verən hər anın.

Gəzdi dildə-ağızda

Torpağın sinəsinə

Al qanınla yazdığın

Qəhrəmanlıq dastanın…

Bu müqəddəs savaşda

Düşmən bağrı çatladan

Cəsarətinə alqış!

Nəsillərə nümunə -

Ülvi Vətən eşqinə,

Saf niyyətinə alqış!

Şəhidim, ölümünlə

Dönüb ölümsüz oldun,

Qazandığın bu halal

Şöhrət, ad-san sənindir!

Haqqın var zaman-zaman

Əbədi yaşamağa,

İndi hamıdan qabaq

Uğrunda can verdiyin

Qarabağ, Ana Vətən -

Azərbaycan sənindir!

09.12.2020

                      Mingəçevir şəhəri

 

 

    Yazıya (943) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.