Nədənsə bəxtimə bir gün doğmadı – Maarif Həsənoğlu

Vətənin hər yeri mənə doğmadır,
Hərdən ürəyimi boşaltmaq üçün…
Nədənsə bəxtimə bir gün doğmadı
Qəmli günlərimə daş atmaq üçün…

Bir qəm laylasıyam, oxunmadım heç,
Sevmək günahdırsa, günahımdan keç.
Mən sənin qəlbinə toxunmadım heç
Kiminsə könlünü xoş etmək üçün…

Sən məndən incisən,mən neylərəm tək?
Sevdim Məcnun kimi,sevdim Kərəm tək…
Ağlasın, sızlasın, neynəsin ürək?
Sənin daş qəlbini yumşaltmaq üçün…

Bu nakam sevginin üzündən getdin,
Sanma ki, Marifin gözündən getdin…
Məni dərdlərinin əsiri etdin,
Nələr çəkdiyini yaşatmaq üçün…

Əsrik dərəsi.20.09.26

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.