İradə Aytel – Kişilər tənha qadınları sevirlər

1743566_617623511639125_2006650601_n

Tənha qadın olmaq çox çətindir. Daha çətini isə ictimai insan və tənha qadındır. əgər qadın bir az da gözəgəlimli, xoşagələn, yaxud gözəldirsə, bu zaman çətinliklər qat-qat artır.
Ailədən başlayıram: ailədə iki bacı var, biri daha gözəgəlimli, o birisi fərqli. O zaman gözəgəlimli sözlü-söhbətli olur. O biri isə özünü ağıllı, tərbiyəli sayacaq, ana gözəgəlimli qızını daha çox sıxma-boğmaya salacaq və gözəgəlimli qız ta kiçik yaşlarında özünü günahkar hesab edəcək və onda komplekslər yaranacaq. Sonra məktəb vaxtı gələcək. Məktəbdə də eyni çətinliklərlə qarşılaşacaq, əkscinsin daha çox diqqətindən, qızların da qeybətindən azad olmayacaq. Elə qonum-qonşular, ətrafdakılar da ondan danışmaqdan yorulmayacaq. Vay o günə ki, o gözəgəlimli qız ər evindən geri dönsün və tənha qadın adlansın. Bax, hər şey bundan sonra başlayır. Kişilər bu qadından çox onun tənhalığını sevəcəklər. Axı tülkülər ov tənha olanda hücuma keçir.
Kişilər qadına hücum etmək üçün daim pusquda duracaqlar.
Elə bir vəzifəli kişi tanımıram ki, onun yanına gedən, ona müraciət edən tənha, gözəl qadına “Sevgi” etirafı etməsin, o qadından sallaşmasın. Ayağısürüşkən qadın kişini razı salıb işini düzəldəcək, başqa qadın isə həyatın çətinliklərinə qatlaşacaq.

Tənha qadınlar niyə kobud olurlar?

Qadın hər pusquda durub ona qarmaq atan kişiyə təbəssüm etsə, əlbəttə, kobud olmaz. Ən azından, restoranlarda, barlarda kişilərin qoynunda gülüş dolu həyat yaşayar.
Kobudluq tənha qadının bir növ kişilərdən silahıdır. Və tənha qadın bu silahdan o qədər istifadə etməyə məcbur olur ki, nəticədə yolagetməz birisinə çevrilir.
Bundan başqa, normal cinsəl həyat yaşamayan qadınlarda da həm psixoloji, həm də fiziki problemlər yaşanır. Onlar yox yerdən əsəbiləşir, əkscinsə qarşı qaba olur, ətrafdakıları incidirlər. Və eyni zamanda, orqanizmində müxtəlif xəstəliklər – aybaşı pozğunluğu, böyrək, qaraciyər çatışmazlıqları və s. yaranır.

Kişilər tənha qadınları niyə sevirlər

Hər halda bu sualın cavabını hamı bilir: tənha qadına qarmaq atmaq, onu ələ keçirmək daha asandır, nəinki ailəli (ailəlilər son zamanlar bu statistikada ön cərgədə dursalar da, yenə hər şey tənhaların başında çatlayır).

Və son

O, onun dostu idi. Tənha qadın qabalığı, kobudluğu ilə ona dəyər verir, içində boğduğu arzuların məhz onunla çiçək açacağına ümid edirdi. O, tənha qadının tənhalığıma dayaq olacaqdı. O, tənha qadının gecələrini işıqlandıracaq, soyuq yatağımı isidəcək, arzu etdiyi övladının atası olacaqdı. Lakin o bilmirdi ki, ictamai, kişilərin diqqətində olan, qadınların qısqanclığına səbəb, tənha qadını sevmək, onunla ailə qurmaq çox çətin olacaq. O bilmirdi ki, o tənha qadını ilk olaraq öz dostlarından – kişi dostlarından qorumalıdır. O dostlardan ki, uzun müddət həmin tənha qadına xəstə canavar qoça boylandığı kimi boylanıb. Və o, həm də onu bilmirdi ki, həmin dostlar ondan çox onun tənha qadınının tənhalığını sevir.

Lakin o bir həqiqəti bilir, bilir ki, onları lazımsız mentalitet yox, lənətlənmiş dostları ayırdı…

 

Yazıya 1728 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.