Əlirza HƏSRƏT – AY ŞUŞA

(Görkəmli tənqidçi-alim Əsəd Cahangir Şuşada Şuşa teatrında… Şuşaya salam söylə,Bizdən Əsəd Cahangir).
Səndən ötrü çox darıxıb,-
Çox çəkmişik ah, ay Şuşa.
Azərbaycan torpağında,
Şah taxtısan şah, ay Şuşa.
.
Qucaqlayıb duman dağı,
Suyu bal İsa bulağı.
Bayrağımız Sülh çırağı,
Sığal çəkir meh, ay Şuşa.
.
Xarıbülbülün üzündə,-
Təbəssümə bax özün də.
O kimdir, Cldır düzündə,-
Oxuyur “Segah”, ay Şuşa?
.
Vəsf eləyib Aşıq Pəri,
Xurşidbanu bəxtəvəri.
Vaqifin şux gözəlləri,
Gətirib pənah, ay Şuşa.
.
İgidlərin qol-qanadın,
Düşməni yıxdı inadın.
Tanrı duasıdır adın,
Sən də qibləgah, ay Şuşa!

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.