Almatı Texnologiya Universitetində, 11 noyabr 2026-cı il tarixində “İncəsənət dünyanı xilas edəcək” beynəlxalq incəsənət layihəsi çərçivəsində nəşr olunan “Türkdilli dövlətlərin rəssamları” beynəlxalq kataloqunun təqdimatı keçirilib.
Türkdilli dövlətlərin rəssamlarının əsərlərini bir araya gətirən bu nəşr müxtəlif ölkələrin sənət nümayəndələri arasında mədəni əlaqələrin genişləndirilməsinə, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə və rəssamların yaradıcılığının beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Tədbirdə Qazaxıstan Rəssamlar İttifaqının sədri, Almatı Texnologiya Universitetinin rəhbərliyi, Qazaxıstan Rəssamlıq Akademiyasının nümayəndələri, Özbəkistan Rəssamlar İttifaqının təmsilçisi, eləcə də müxtəlif ölkələrdən incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.
Çıxış edənlər “İncəsənət dünyanı xilas edəcək” layihəsinin əhəmiyyətini xüsusi vurğulayaraq, bu təşəbbüsün incəsənətin birləşdirici gücünü nümayiş etdirdiyini, xalqlar və ölkələr arasında dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəni dialoqun inkişafına töhfə verdiyini bildiriblər.
Çıxışlarda kataloqun müəllifi və layihənin təşəbbüskarı, Uluslararası Aktivist Sanatçılar Birliyinin (UASB) Azərbaycanda və Mərkəzi Asiyada nümayəndəsi, Azərbaycan və Özbəkistan Rəssamlar ittifaqlarının üzvü, Beynəlxalq Sülh Rəssamı Nəvai Metinin ardıcıl fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd olunub ki, bu cür nəşrlər rəssamların yaradıcılığını geniş beynəlxalq auditoriyaya təqdim etməklə yanaşı, gələcək beynəlxalq sərgilərin təşkili və birgə bədii layihələrin həyata keçirilməsi üçün də mühüm zəmin yaradır.
Nəvai Metin çıxışında layihənin əsas məqsədinin yalnız türkdilli ölkələrin rəssamlarını bir araya gətirməkdən ibarət olmadığını vurğulayıb. O bildirib ki, layihənin missiyası daha genişdir: incəsənət vasitəsilə insanları birləşdirmək, milli və coğrafi sərhədləri aşmaq, sülh, dostluq və həmrəylik ideyalarını təbliğ etmək.
O, incəsənətin dilindən, dinindən, milliyyətindən və yaşadığı ölkəsindən asılı olmayaraq insanları birləşdirməyə qadir universal dil olduğunu xüsusi qeyd edib.
Nəvai Metin təqdimatın keçirilməsinə dəstək göstərən və qonaqpərvərlik nümayiş etdirən Almatı Texnologiya Universitetinin rəhbərliyinə, Qazaxıstan Rəssamlıq Akademiyasının rəhbərliyinə, eləcə də tədbirin təşkilində əməyi olan hər kəsə xüsusi təşəkkürünü bildirib.
Tədbirin ən əlamətdar məqamlarından biri mükafatlandırma mərasimi olub.
Özbəkistan Rəssamlar İttifaqının nümayəndəsi İttifaqın sədri İbrahim Vəlihojayevin salamlarını və təbriklərini Nəvai Metinə çatdırıb. Daha sonra beynəlxalq bədii əlaqələrin inkişafı, təsviri sənətin təbliği, xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Nəvai Metin Özbəkistan Rəssamlar İttifaqının Qızıl medalı ilə təltif olunub.
Bununla yanaşı, Nəvai Metinə Qazaxıstan Rəssamlıq Akademiyasının medalı da təqdim edilib. Bu mükafatlar onun beynəlxalq incəsənət mühitindəki fəaliyyətinin və ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfənin tanınmasının ifadəsi olub.
Təqdimat zamanı elan olunan digər mühüm təşəbbüs Beynəlxalq Rəssam-İnternasionalistlər İttifaqının (UASB) Mərkəzi Asiya şəhərlərində yerli nümayəndəliklərinin yaradılması ilə bağlı olub:
– Almatı — Şayzade Baykenova;
– Bişkek — Nasixat İbişeva;
-Oş — Kımıya Torogeldiyeva.
Bu təşəbbüs UASB-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinə, Mərkəzi Asiyada bədii əlaqələrin daha da möhkəmləndirilməsinə, region rəssamları arasında əməkdaşlığın inkişafına, yeni birgə layihələrin həyata keçirilməsinə və beynəlxalq incəsənət platformasının genişləndirilməsinə xidmət edir.
Tədbir iştirakçıları bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, beynəlxalq sərgilərin təşkili, kataloqların nəşri və mədəni tədbirlərin keçirilməsi istiqamətində gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda iştirakçıların birgə fotosu çəkdirilib.
“İncəsənət dünyanı xilas edəcək” — bu, sadəcə layihənin adı deyil. Bu ifadə incəsənətin birləşdirici gücünə, ümumbəşəri dəyərlərə, xalqlar arasında sülhə və dostluğa olan inamın təcəssümüdür.
İncəsənət sərhəd tanımır — incəsənət insanları birləşdirir!
В АЛМАТЫ СОСТОЯЛАСЬ ПРЕЗЕНТАЦИЯ МЕЖДУНАРОДНОГО КАТАЛОГА В РАМКАХ ПРОЕКТА «ИСКУССТВО СПАСЁТ МИР»
11 ноября 2026 года в Алматинском технологическом университете состоялась презентация международного каталога «Художники тюркоязычных государств», изданного в рамках международного художественного проекта «Искусство спасёт мир».
Это издание, объединившее произведения художников тюркоязычных государств, направлено на расширение культурных связей между представителями искусства разных стран, укрепление взаимного сотрудничества и популяризацию творчества художников на международном уровне.
В мероприятии приняли участие председатель Союза художников Казахстана, руководство Алматинского технологического университета, представители Академии художеств Казахстана, представитель Союза художников Узбекистана, а также деятели искусства и культуры из разных стран.
В своих выступлениях участники мероприятия особо подчеркнули значимость проекта «Искусство спасёт мир», отметив, что данная инициатива демонстрирует объединяющую силу искусства, способствует укреплению дружбы, взаимопонимания и развитию культурного диалога между народами и странами.
В ходе выступлений была высоко оценена последовательная деятельность автора каталога и инициатора проекта — представителя Международного союза художников-активистов (UASB) в Азербайджане и Центральной Азии, члена Союзов художников Азербайджана и Узбекистана, Международного художника мира Нəваи Метина.
Было отмечено, что подобные издания не только позволяют представить творчество художников широкой международной аудитории, но и создают важную основу для проведения будущих международных выставок и реализации совместных художественных проектов.
В своём выступлении Нəваи Метин подчеркнул, что главная цель проекта заключается не только в объединении художников тюркоязычных стран. Его миссия гораздо шире — объединять людей посредством искусства, преодолевать национальные и географические границы, пропагандировать идеи мира, дружбы и солидарности.
Он особо отметил, что искусство является универсальным языком, способным объединять людей независимо от их языка, религии, национальности и страны проживания.
Нəваи Метин выразил особую благодарность руководству Алматинского технологического университета, руководству Академии художеств Казахстана, а также всем, кто оказал поддержку в проведении презентации и проявил гостеприимство.
Одним из наиболее значимых моментов мероприятия стала церемония награждения.
Представитель Союза художников Узбекистана передал Нəваи Метину приветствие и поздравления председателя Союза художников Узбекистана Ибрагима Велиходжаева. Затем за деятельность, направленную на развитие международных художественных связей, популяризацию изобразительного искусства и укрепление культурного сотрудничества между народами, Нəваи Метину была вручена Золотая медаль Союза художников Узбекистана.
Кроме того, Нəваи Метину была вручена медаль Академии художеств Казахстана. Эти награды стали признанием его деятельности в международной художественной среде и вклада в развитие культурных связей между странами.
Ещё одной важной инициативой, объявленной в ходе презентации, стало создание местных представительств Международного союза художников-активистов (UASB) в городах Центральной Азии:
* Алматы — Шайзаде Байкенова;
* Бишкек — Насыхат Ибишева;
* Ош — Кымия Торогелдиева.
Данная инициатива направлена на расширение международной деятельности UASB, дальнейшее укрепление художественных связей в Центральной Азии, развитие сотрудничества между художниками региона, реализацию новых совместных проектов и расширение международной художественной платформы.
Участники мероприятия подчеркнули важность продолжения подобных инициатив и выразили готовность к дальнейшему сотрудничеству в организации международных выставок, издании каталогов и проведении культурных мероприятий.
В завершение мероприятия состоялась общая фотосессия участников.
«Искусство спасёт мир» — это не просто название проекта. Это выражение веры в объединяющую силу искусства, общечеловеческие ценности, мир и дружбу между народами.
Искусство не знает границ — искусство объединяет людей
Yazıya 30 dəfə baxılıb



















