8 Noyabr – Zəfər Günü münasibətilə Ədalət Partiyasının üzvləri Zəfər Abidəsini ziyarət edərək Azərbaycan xalqının tarixi Qələbəsinə, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Ziyarət zamanı partiya üzvləri Zəfər Abidəsinin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini yad edib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmanlıq göstərən igidlərin şücaətini minnətdarlıqla anıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin Azərbaycan xalqının milli birliyinin, iradəsinin və mübarizə əzminin təntənəsi olduğu vurğulanıb. Qeyd olunub ki, bu möhtəşəm Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olmaqla yanaşı, gələcək nəsillər üçün də qürur və vətənpərvərlik mənbəyidir.
Yazıya 10 dəfə baxılıb













