(Dostum Çingiz Abbasova şair Müsa Ələkbərlinin ölümü münasibətilə…)
Mən dostumu itirmişdim,
Sinəmdə dağ bitirmişdim,
Niyə mənlə qoşalaşıb
Bəhsə girdin, ay baba,
Dost itirdin, ay baba!
Yoxsa doydun sən Musadan?
O dürr sözdən, o misradan.
Sinəndəki dost dağından
Dərdmi dərdin, ay baba?
Dost itirdin, ay baba!
Gəl sən məndən, mən də səndən,
Xəbər alaq daha gendən.
Bir olanda alışırıq,
İtkilərlə yarışırıq,
Sən də gördün, ay baba,
Dost itirdin, ay baba.
Yaşadaq dostlar adını,
Unudaq ölüm dadını.
“Elim sağ olsun”, desən də,
Dağdı dərdin, ay baba,
Dost itirdin, ay baba!
Yazıya 14 dəfə baxılıb









