Bu gün Ədalət Partiyasının qərargahında şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağaverdi Zəngəzurlu (Nəsirov) qonaq olub.
Görüş zamanı müəllif yeni çapdan çıxmış “Qarabağ Azərbaycandır və ya sevincdən ürəyim partlaya bilər” adlı poemalar kitabını Ədalət Partiyasının sədrinə təqdim edib.
Səmimi şəraitdə keçən görüşdə ədəbi söhbətlər aparılıb, müəllifin yaradıcılığı, yeni kitabı və poeziyanın ictimai-mənəvi həyatdakı rolu ətrafında fikir mübadiləsi edilib.
Ədəbi söhbətdə Ədalət Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Elman Bağırov da iştirak edib.
Qeyd edək ki, Ağaverdi Zəngəzurlunun (Nəsirov) “Qarabağ Azərbaycandır və ya sevincdən ürəyim partlaya bilər” adlı poemalar kitabı bu günlərdə işıq üzü görüb.
Yazıya 17 dəfə baxılıb











