Əli Ürfan – “Qaldı” (tək şeir)

Şirin xatirəli keçən günlərim

Görən hansı çölün düzündə qaldı?

Bəlkə bülbüllərin xoş nəğməsində,

Yoxsa ceyranların izində qaldı.

 

Bu aləm gözümdə marağa döndü,

Yaş məni budayan yarağa döndü,

İlk eşqim ünvansız sorağa döndü

Bir gözəl afətin üzündə qaldı.

 

Ay Əli, ömürdən bitdi o günlər,

Bir qızıl zər idi, itdi o günlər,

Mənə bir od qoyub getdi o günlər,

Atəşi qəlbimin közündə qaldı.

Yazıya 29 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.