Ağaverdi Zəngəzurlunun “Qarabağ Azərbaycandır və ya sevincdən ürəyim partlaya bilər” kitabı çapdan çıxıb

Bu günlərdə Ağaverdi Zəngəzurlunun (Nəsirov) “Qarabağ Azərbaycandır və ya sevincdən ürəyim partlaya bilər” adlı poemalardan ibarət kitabı işıq üzü görüb.

“Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktoru A.V. Əliyeva, ön söz müəllifi isə İradə Ayteldir. Nəşr S.Rəhimov adına Qubadlı Rayon Ədəbi İctimai Birliyinin dəstəyi ilə ərsəyə gəlib.

Kitabda məcburi köçkün həyatının ağrı-acıları, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun müzəffər yürüşü, antiterror əməliyyatı nəticəsində Qarabağın erməni separatçılarından təmizlənməsi və Zəfər tariximizin xalqın yaddaşında yaşatdığı qürur hissi poetik dillə əks olunub.

Gənc yaşlarından ədəbi yaradıcılıqla məşğul olan Ağaverdi Zəngəzurlu “Ağa Aqil” təxəllüsü ilə də şeirlər yazır. O, “Xarıbülbül həsrəti”, “Köhnə yurda qayıdış”, “Bizim vağzalımız çalınmayacaq”, “Müharibə və məhəbbət” kitablarının müəllifi, bir neçə antologiyanın isə həmmüəllifidir.

 

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.