Kimin kimsənəsi hansı səmtdəndi..
Baxma ki, üzünə baxıb demirlər
Adın dillərinin əzbərindədi…
.
Adamlar öyrənib…vallah öyrənib…
Sənin gözlərinin baxdığı yanı..
Hələ bir adına “dastan” düzəldib
“Şennik” düzəldirlər dərdlərin sanı…
.
Adamlar yamandı… vallah yamandı…
Çox yaman kəlməylə çəkilər adın…
Həyatı qucaqla! Bacar, amandı!
Ey kimi-kimsəsi olmayan qadın!!!
Yazıya 3 dəfə baxılıb











