Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafı müzakirə olunub

Rusiyalı kitab mütəxəssisi, «Буквоед» kitab mağazaları şəbəkəsinin təsisçisi, “Книжные маяки России” layihəsinin təmsilçisi, Rusiya Yazıçılar İttifaqının Sankt-Peterburq bölməsinin İdarə Heyətinin üzvü Denis Kotov Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində qonaq olub.

Qonağı Mərkəzinin sədri, ədəbiyyatşünas Əsəd Cahangir qəbul edib.

Görüşdə Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişafı, iki ölkə arasında ədəbiyyat və kitab sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ədəbi mübadilə imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Dennis Kotov Azərbaycan ədəbiyyatı ilə yaxından maraqlandığını bildirib və Rusiyada keçiriləcək kitab festivalına azərbaycanlı həmkarlarını dəvət edib. O, həmçinin Azərbaycanda, Bakı Ekspo Mərkəzində təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdiyini qeyd edib.

Görüşdə Azərbaycan və Rusiya arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi, kitab və mütaliə mədəniyyətinin təşviqi, eləcə də gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Yazıya 3 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.