Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin məsləhətçisi Aləmzər Əlizadənin “Ayının oyanması” əsəri əsasında eyniadlı tamaşanın məşqləri Ağdam Dövlət Dram Teatrında davam edir.
kultur.az xəbər verir ki, 23 oktyabr 2026-cı il tarixində tamaşanın daxili baxışının keçirilməsi nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru Elmir Hümbətov, quruluşçu rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Ceyhun Yusifov, səs rejissoru isə Elşən Cəfərovdur.
Tamaşada rolları Ruslan Əliyev, Mahir Xəlilov, Rüsdəm Məmmədov, Anar Zeynalov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Tural Yusifov ifa edirlər.
Qeyd edək ki, yeni səhnə əsəri Ağdam Dövlət Dram Teatrının repertuarına daxil olacaq və teatrsevərlərə təqdim ediləcək.
Yazıya 6 dəfə baxılıb










