Oktyabrın 21-də XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Anarın iştirakı ilə “Modern Azərbaycan Klassikləri” seriyasının təqdimatı keçiriləcək.
Tədbir zamanı yazıçının məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı müzakirə olunacaq. Bununla yanaşı, Anar öz dövrünün ədəbi mühiti, ədəbiyyatda baş verən proseslər və yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək.
Ədəbiyyatsevərlər üçün nəzərdə tutulan görüş oxucuların yazıçı ilə birbaşa ünsiyyət qurması, əsərin məzmunu və dövrün ədəbi mənzərəsi ətrafında fikir mübadiləsi aparması baxımından əhəmiyyət daşıyır.
Təqdimat oktyabrın 21-də saat 13:00-dan 13:45-dək XII Bakı Beynəlxalq Kitab Sərgisinin Məhəmməd Füzuli təqdimat zonasında keçiriləcək.
Yazıya 5 dəfə baxılıb










