Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun xüsusi mükafatı təqdim olunub

Oktyabrın 17-də Moldovanın paytaxtı Kişineuda keçirilən “Quadrat” Beynəlxalq Ədəbiyyat Festivalının ikinci günü çərçivəsində tanınmış Azərbaycan şairi və tərcüməçisi Səlim Babullaoğlunun “Rumın yazıları” kitabının rumın ədəbi ictimaiyyəti üçün təqdimatı keçirilib.

B.P. Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasında baş tutan tədbirdə Moldova, Rumıniya, Türkiyə, Macarıstan, Slovakiya, İspaniya, Ukrayna, Bolqarıstan və İtaliyadan tanınmış ədiblər, ədəbiyyatşünas alimlər iştirak ediblər.

Təqdimatın aparıcısı tanınmış moldovalı şair, yazıçı və ədəbiyyatşünas alim Qriqore Kiper olub. Görüşdə Səlim Babullaoğlunun “Rumın yazıları” kitabı, Azərbaycan və rumın ədəbiyyatları arasında əlaqələr, eləcə də xalqlar arasında ədəbi-mədəni münasibətlərin inkişafı məsələləri diqqət mərkəzində olub.

Tədbirin sonunda Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun “Ədəbi əlaqələrə töhfələrə” xüsusi mükafatı təqdim edilib.

Mərasimdən sonra Azərbaycan şairi Moldova radiosuna müsahibə verib.

Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan ədəbiyyatının təmsil olunması və Səlim Babullaoğlunun yaradıcılığının rumın ədəbi ictimaiyyətinə təqdim edilməsi ölkələr arasında ədəbi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətlidir.

 

Yazıya 8 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.