Buludlar gah dolur, gah da boşalır,
Mən də bir buludam, inanmırsız ki….?
Göyler gözlərini sıxır yağışa,
Mən də misralara…
İSLANMIRSIZ Kİ..???
***
Bəlkə
Batmısan xəzan tozuna,
Zaval səndən qaça, bəlkə.
Gəl ağlayım, yuyun bir az,
Bu həsrət gül aça, bəlkə …
Dərdini qəlbimə büküm,
İçindən daşları söküm.
Qoy yarana sığal çəkim,
Acın mənə köçə, bəlkə …
Hər bir arzumda kəsir qoy,
Ümidlərimi yesir qoy.
Məni özünə nəzir qoy,
Ağrıların keçə bəlkə …
**
Guya bilmirsən…
Ürəyin kar, sevincin lal,
Hay salır, duya bilmirsən..
Dərd qozla xurma kimidir,
Daddınsa, doya bilmirsən.
Nə söhbət sal oddan,közdən,
Nə Şuşadan,nə Təbrizdən.
Yox əlinlə qara üzdən
Ləkəni yuya bilmirsən.
Çəkildim dara,gedirəm..
Tapmadım çara,gedirəm..
Soruşma,hara gedirəm..
Soruşma. Guya bilmirsen?!
Yazıya 1078 dəfə baxılıb