Aləmzar Sadıqqızı — Sənə son sözümü Tanrı deyəcək

11215707_686634974816595_3804706644493137802_n

Sənə son sözümü Tanrı deyəcək…
Bir mələk dilində ,çiçək dilində…
Bir məktub yazacam sevgi qoxulu..
Çiçəklər danışsın ləçək dilində….

Daha nə göy yağar, nə yer islanar.
Açılmaz ürəyi bənövşələrin….
Çiçəkdən başlayan möcüzələri….
Bölüncə faş olar gülöyşələrin…

Üzüm bir parçadı…içim min parça…
Topla tikə -tikə, al tikə-tikə….
Təzəcə başlayan nağıl evidi…
Dinlə tikə -tikə ,qal tikə -tikə….

Bir çoban gülünü al əllərinə….
Əvvəl öp,sonra da üz ləçək-lçək
Mənim demədiyim o ürkək sözü..
Əmin ol…çiçəklər özü deyəcək…

Aləməm dumduru bulaq kimiyəm…
Dağlardan süzülüb sənə gəlmişəm..
Min ildi leylanı səssiz öldürən…
Bu dilsiz eşqimlə qəmə gəlmişəm…

 

***

 

Üç nöqtələrim….

Mənə üç nöqtəni irad tutan dost…
Ömrüm üç nöqtədən asılı qalıb.
Qırx ildi bir adam çıxıb qapıdan,
O vaxtdan nöqtələr canımı alıb !

Suallar, nidalar kəsib qapımı…
Bir gözüm ağlayıb, bir gözüm gülüb.
Necə yaşamışam, hələ bilmirəm…
Mənim arzularım o gündən ölüb!

O üç nöqtələrdə o qədər sirr var…
Yağıblar ruhuma qar ,yağış kimi…
O gündən ömrümə nələr toxuyur,
Ağrı ilmə-ilmə, qəm naxış kimi!

Ömrüm də kəsişir üç bucaq kimi…
Bu kəsir taledən çıxa bilmirəm…
Mənim tənliklərim həll ola bilmir…
Ondan üç nöqtəni hələ silmirəm!

Nöqtələr danışır bitməyənləri…
Bitib tükənməyən dərdi sərimi…
Nəsimi bir dəfə soyulub dostum,
Hər gün həyat soyur mənim dərimi!

Həyat başdan -başa sözdü, nağıldı…
Nə yaşayan bilər, nə ölən bilər.
Hələ danışıram öz nağılımı…
Mən ölüb gedəndə nöqtələr bitər!

Nöqtələr Aləmi bitirsə bir gün…
Tanrı özü gələr məzarı üstə!
Bir yaşıl, bir bəyaz örtüyü çəkər,
Bir qəmli nağılın yazarı üstə!!!

 

***

 

Hər səhər bir dəli yağışlar yağar…
Ürəkdən süzülər…gözdə düzülər…
Hər gün ürəyinə dolu,qar yağar..
Gözündən boylanar, saçda sezilər

Durna qatarı tək köçər arzular…
Dalınca əl edər nəmli payızlar…
könlüm nəyi umar ,nəyi arzular..
Çatlayar yüz yerdən içdən süzülər…

Aləməm hamıya yanar ürəyim…
Bəzən bir budağa qonar ürəyim…
Üşüyər ürəyim ,donar ürəyim…
Nazilər min yerdən, kökdən üzülər…

Yazıya 738 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.