Yazıçı Zümrüd Yağmur Azərbaycan ədəbiyyatında bir ilkə imza ataraq “Ölkə adı: 22” adlı ilk antiutopik romanını dərc etdirib.
Əsərdə Ada-həbsxanada çərəyan edən hadisələr fonunda bir toplumun siyasi rejimin etdiyi zülmə boyun əyməsi nəticəsində bütün dəyərlərin məhv olmasının yaratdığı faciələr acı səhnələrlə təsvir olunub. İnsanların ən adi insani haqlardan məhrum edilməsi, hətta yemək qadağasına qarşılıq olaraq daha yaxşısını əldə etmək uğruna əxlaqi dəyərləri qurban verməsi, bir cəmiyyətdə mənəvi deqradasiyası baş verdikdə insanların hansı faciələrə dücar olmasını qələmə alan yazar bildirib ki, “Ölkə adı:22” əsərində ən ali hisslə- sevgi ilə bir toplumun başına gələ biləcək ən böyük bəla-diktatura qarşı-qarşıya gəlir və nə yazıq ki, insanların boyun əyməsi ucbatından sevgi belə zülmə yenik düşür.
Kitabı şəhərin kitab dükanlarından əldə etmək olar.
Yazıya 488 dəfə baxılıb