Sərxan Əhmədov – Kişi oğurluq etməz

2Kişi oğurluq etməz
Ay Əlağa, ay danaş,
Buraxın bu vərdişi.
Oğru ola bilərmi
Vicdanı olan kişi.

Sizə baxıb Adəm də
özünü atdı suya.
Utanıb ölmədimi?
O da “yazarmış”guya.

Bəsdirin, haqqı danıb,
yolunuzu azmayın.
Müftə çörəyimizi
yeyirsiniz, yazmayın.

Haqqın yolundan çızıb,
Köndələn getməyin ha!
Bu bəd əməlləriniz
Çoxdan çatıb Allaha.

Elə rəftar edin ki,
Ədaləti danmayın.
Bu mənim özümümdür,-
deyib daldalanmayın.

Özgə yazılarına
“bu mənimdir”deməyin.
Tövbə edib, inamla
haram tikə yeməyin.

Nə demək olar buna?

Dələduzlar elə bil
Kökləniblər ölkəyə.
Sonu qurtaran deyil,
Ümid qalıb “Bəlkəyə”.

Murdarlar dönə-dönə
Haqq körpüsünü aşıb.
Fikirləşirik Bəlkə,
Əqidə, məslək çaşıb.

GÖRDÜM

Sevdim dönə-dönə səni,
Tinə çəkdin yenə məni.
Tanıtdırdın mənə-məni,
Ürəyimdə söz qalmadı.

İnad etdin-biçilməyim,
Hər yetənlə ölçülməyim.
Xar yanında kiçilməyim,
Görüb-duyan göz qalmadı.

Durdum-yıxıldım önündə,
Sənin bəxtəvər günündə.
İftixarla keçən gündə,
Ürəyimdə söz qalmadı.

HALALLIQ HÜNƏRDİMİ?

Səksən illik ömrümü
nahaq vermişəm bada.
Yer tuta bilməmişəm
halallıqla dünyada.

Dana, motor oğrusu
Xalis bir adam olub.
Söz-soy oğrularının
canına qadam olub.

Minlərlə şe’rləri
oğurlayıb yer tutan.
Adınızı “şair” yox,
qoyuram Aranqutan.

Ay başı daşlı kişi,
yazmaq deyildir asan.
Arzum budur, öləndə
barı peşman olasan.

Öz yerini özün seç

Fərsiz at olmaqdansa
İt ol-hürməyi olar.
Çoban-çoluq içində
cibə girməyi olar.

Görənlər deməsinlər:
at oğlu at naşıdı.
Gey anqırıb-ağnayan
eşşəyin qardaşıdı.

Bu zəmanə itinin
yoxdan gəlmə naxşıdı.
Nə qədər olmasa da
fərsiz atdan yaxşıdı.

VİCDAN
Sayrışan ulduzların
bağrı dönüb qan olur.
Onları da səmada
qoruyan vicdan olur.

Hər canlının cansıza
Nəbzi varsa, qanı var.
Bəşəri duyumlarda
daşın da “vicdanı”var.

Təhlükədən qoruyun
Hər canlını, cansızı.
Kainatda yaşatmaq
olmaz hər vicdansızı.

Söküb-dağıtmaq üçün
gəlməmişik Dünyaya.
Cəlladlar düşməslinlər
yersiz qəliz sevdaya.

Yazıya 706 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.