Sərxan Əhmədov – EPİLOQ

2
EPİLOQ

Orxan, yersiz yanmağın da
məzmunu dar, mənası dar.
Özün kimi olmağın da
bir əbədi xilqəti var.
 
 
Əbədiyyət dünyasına
qovuşmaqdı insan olmaq.
Əvvəl özünlə barış ki,
Cəmiyyətə qarışasan.
Sonra özün iradənlə,
məqsədinlə yarışasan.
 
 
Dərələr aş, dağlar aş ki,
Qocalasan, qarıyasan.
Vətən eşqi-sevgisiylə
Eli-yurdu qoruyasan.
 
 
Rorpaq qədər kiçik olmaq
Böyüklüyə yol açandı.
Yerdə qanad çalan Qartal,
Göydə tənha, tək uçandı
SİMURQ QUŞU-ORXANdı
 
——————————————————-
 
 
 
 
Tarixin daş yaddaşından silinməyənlərə son sözüm.-Ayılın həsəd yuxusundan.Nə qədər ki, ağlınız başınızdan çıxmayıb ayılın bəd yuxudan.Özünüzü oda-közə vursanız da İlahi qüdrət payına çevrilmiş qeyri-adi səmtə dönün.Özünüzü atasının qeyri-adi Allah payı nisbətən kiçik boylu Orxana bənzədiniz.
Başını dik tut Orxan.Belələrinin qənşərində həm İnsansan , həm alim.Məni həyatdan təcrid edən adamların irticaçı xislətindən öz zəhmətinlə seçilirsən.Doğma atanı heç nəyə dəyişmədən onun ərsəyə gətirdiyi zəngin yaradıcılığını bi’şərəflərin bivec anlayışlarından qoruyaraq humanist bir addım atdın.
 
Altıncı oğlum, bu heyratamiz halallığımı qorumaqda ad çıxartdın.Əsas səbəb yer üzündə bəlkə də o paklığa gəlib çıxa bilməyəcək adamların xalqa və millətə oxşarsız obrazını açmaqdan irəli gəlib. İyirmi il əlil gəzdiyim halda dövləti narahat etməyə, az da olsa xərc çəkməyə razı olmamışam. Təsəvvür edin, üç adamı maşınla vuraraq bir qıçını itirən”adam” böyük pensiya alır . Heç Qarabağı tanımadığı halda Qarabağ əlili olmaq istəyir.
 
 
Bütün bu olanları
biganə hal bilməyin.
Hamımız sizə gülür,
Siz hamıya gülməyin.
Hamını haqq-payını
Əlli il bölürsünüz.
Cibimizə girməkdən
utanıb-ölürsünüz?
Atanız-babanız kim,
bəs özünüz kimsiniz?
Çalınmayan alətin
üstündə bir simsiniz.
Mən çörək ağacınız
olmuşam ay yabılar.
Bi gün sizi daşqalaq
edən Adam tapılar.
Üzüsulu qaytarın
haqqımı məzəmmətsiz.
Bəlkə heyvan qismində
ölmək istəyirsiniz?!
Orxan kimi yaşaya
bilmirsinizsə “yatın”.
Qoşulun “ölülərə”
“ölü canlara”dönüb,
it kimi ölün-batın.
 
 
Büllur insanlığın məhək daşı olmayanın nəhəng başı olmalıdı.Yadınızda saxlayın ki, həyatda abır-həyanı yalnız fəaliyyətlə qazanmaq olar.
Əziz oğlum Orxan, insana kamilliyi valideyn, qiyməti isə cəmiyyət verir.Çalış bu etimadı qoru.
Uşaqları üçün Ana paklıq və etimad mənimsəməsi,Ata isə onun himayəçisi və çörək , ruzi qazananıdı.Yadda saxla ki, işgüzarlığın ailənin ruzi, dolanışıq mənbəyidi.Çalış ki, canıyanana can yandır.Taleyin humanist və sərt qanunlarıvar.Çalış onlarla ayaqlaş.Onlar sənin gələcəkdə çətinliklərdən çıxara biləcək simvolundur.Heç kəsin paxıllığını çəkmə.Dost ilə düşməni bir-birindən ayırmağı bacar.
Mənim ərsəyə gətirdiyim ən böyük vərəsəm ilhamımın məhsulu olan Yazı mənbəimdi.Onları qorumaqda ayıq ol.Heç kimə etibar etmə.
 
Sənə uğurlar olsun!

Yazıya 636 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.