Aydın Murovdağlı – GECƏLƏR GÜZGÜYƏ BAXMAZLAR,QADİN…

aydin-murovdagli-334x300T A P İ L M A Z

Göylərə qoşulub ağlama yenə,
Məni göz yaşinla haqlama yenə,
Ağlini leysanda saxlama yenə,
Hissini kəfənə bükən tapilmaz.

Köhlən gülüşünü qəm minib çapar.
Əhdini səbrinin üstünə apar,
Dərya gözlərində firtina qopar,
Gəmim yoxa çixar,yelkən tapilmaz.

İndi yaziq eşqin and-tobasiyam,
Sənsiz qara pulam,bir abbasiyam,
Əlil ümidimin arabasiyam,
Sənsiz bir tərəfə çəkən tapilmaz.

Ağlayib ahinla göyə çixarsan,
Bircə sən halima yiyə çixarsan…
Sən mənim evimi elə yixarsan,
Dünyani axtarsan,tikən tapilmaz.

Yanilma taleyin işarəsindən,
En yerə ahinin təyyarəsindən…
Sənin göz yaşinin şəlaləsindən,
Özümü ataram,tikəm tapilmaz…

 

***

GECƏLƏR GÜZGÜYƏ BAXMAZLAR,QADİN…

Gecələr qəriblər qəhərli olur,
Yollar da ilantək zəhərli olur,
Gecələr güzgülər sehirli olur,
Gecələr güzgüyə baxmazlar,qadin!

Qara saçlarindan tutar güzgülər,
Səni nağillara atar güzgülər,
Qara gözlərini udar güzgülər,
Gecələr güzgüyə baxmazlar,qadin!

Ay da güzgülərdən doğur gecələr,
Kölgələr güzgüdən qorxur gecələr,
Güzgülər ruhu da boğur gecələr,
Gecələr güzgüyə baxmazlar,qadin!

Gecələr güzgüdən axir Xan Araz,
Baxsan alin yazin pozular bir az,
Güzgü səni öpər,xəbərin olmaz…
Gecələr güzgüyə baxmazlar,qadin!

Kişnəyir fələyin ati güzgüdə,
Qurub Məlikməmməd çadir güzgüdə,
Gecələr əzrail yatir güzgüdə,
Gecələr güzgüyə baxmazlar,qadin!

Ağlayar üzünə çixdiğin güzgü,
Şəklini rənginə yaxdiğin güzgü,
Mənim başdaşimdi baxdiğin güzgü,
Gecələr güzgüyə baxmazlar,qadin!

 

***

Allahdan Türkə Gəldim…

.

Göylərin heyrətində,
Mələklər surətində,
Ruhun ana bətnində,
Allahdan Türkə gəldim.

Zamanin bir yazinda.
Güllərin namazinda,
Alnimdaki yazida,
Büründüm görkə gəldim.

Ağlin meyvə çağinda,
Dərs aldim dərd dağindan…
Qanin,südün arxinda,
Dəyirman mülkə gəldim.

Göyün göz yaşi gəlib,
Tökülən qani silib…
Haqq verən ömrü bilib-
Bir yağli kökə ,gəldim.

Beşikdən qəbrə qədər,
Mənə yol verdi göylər…
Məni bir narabənzər,
Çağirdi ölkə,gəldim.

Açilmayan sabaha,
Bir addim qalib daha,
Yol gedirəm Allaha,
Qayitdim bəlkə gəldim

 

Yazıya 986 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.