İyun ayının 4-də VIII Şairlər günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyi və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə nakam taleli şairimiz Mikayıl Müşfiqin anım günü keçirilib. Tədbirdə AYB Mətbuat Xidmətinin rəhbəri,Müşfiq Komissiyasının sədri Xəyal Rza, Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM) sədri Mehmet Nuri Parmaksız,sumqayıtın qələm adamları,S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi və AYB Sumqayıt bölməsinin birgə layihəsi olan Sabir Sarvan adına uşaq poeziya teatrının üzvləri ,məktəblilər, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər. Anım mərasimdə M.Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verilib, onun poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətindən danışılıb.Sonra tədbir iştirakçıları Sumqayıt bulvarı istiqamətindən, Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin rəmzi məzarı – Xəzər, sakit – sakit dalğalanaraq ölməz Müşfiqin əziz xatirəsini onun sevənlərlə birgə yad edib.
Bu tədbir hər il Bakıda keirilsə də, şəhərimizdə ilk dəfə gerçəkləşib.
Xələfbəyli Mənsurə Eldarqızı
Yazıya 1041 dəfə baxılıb