Toz basmış kamanın qırıq simiyəm,
Kədər dənizində üzən gəmiyəm,
Sən mənə əlvida dediyin gündən.
Fələk öz sazında min hava çaldı,
Yadımda ayrılıq nəğməsi qaldı.
Əzabın sevgindən vəfalı oldu,
Sən mənə əlvida dediyin gündən.
Həsrətin dumanı yolumu kəsdi,
Ruhumu üşüdən küləklər əsdi.
Bəxtim üz döndərdi, taleyim küsdü,
Sən mənə əlvida dediyin gündən.
Sənsiz bu şəhərdə bəzən azıram,
Demə ki, verdiyim əhdi pozaram.
İndi sənsizliklə qoşa gəzirəm,
Sən mənə əlvida dediyin gündən.
Otaqım soyuyub məzar olubdur,
Göz yaşım göllənib “xəzər” olubdur,
Dedilər, Eltun da yazar olubdu,
Sən mənə əlvida dediyin gündən
Yazıya 470 dəfə baxılıb