Zahid Sarıtorpaq – Hər şey ölüm içində sevgi qoxuyur

48052346_2043743155719094_2465691843610804224_ndivara dəyib qayıdan 
səsindən öpdüm – bilmədin
üzümə düşən kölgənin
üzündən öpdüm– bilmədin
təkcə O bildi
bəsimdi dedim

sənin günündəyəm amma 
çox şeydən xəbərim yoxdu 
künc-bucaqda çıraq axtarır əllərim 
ömrün gecə vaxtı

hörümçəksə yorulmadan tor toxuyur 
həyat – bu
başqa nə ola bilər səncə
hər şey ölüm içində sevgi qoxuyur
bəxtəvərcəsinə bir qu quşu oxuyur elə bil
ovçu gülləsindən öncə…

Yazıya 538 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.