Məryəm Əliyeva Şeirləri

romantik-ask-resimleri-romantik-ask-fotograflari-3-en-dandik-blog-1024x640

 

 

 

 

 

 

ÖMÜR GÖZ YAŞI KİMİ

Ömür göz yaşı kimi,
Toxunursan ağlayır.
Torpaq da Anan kimi,
Köksünü sığallayır.

Düşür şirin damcısı,
Ən xası,ən incisi.
Həyat vurur qamçısın,
İzlərini dağlayır.

Özüylə bircə-bircə,
Yığır dərdini küncə.
Qəfil sona gəlincə,
Ürəyini bağlayır..

SƏN ÇİÇƏK OL, MƏN ARI 

Sən çiçək ol,mən arı,
Can atım sənə sarı.
Elə qol-qanad açım 
Sığa köksünə barı.

Düyməsindən bal çəkim,
Bəyazından al çəkim.
Bütün ləçəklərinin,
Ortasından xal çəkim.

Üstündə bir meh ola,
Damla-damla şeh ola.
Bağlayasan köksünü,
Bu sevda bir beh ola.

Pərvazlanam süzüləm,
Düz tacına düzüləm.
Tutasan “əllərimdən”,
Qoymayasan üzüləm.

Tez yapışım “belindən”,
Ətir çəkim gülündən.
Elə ki,bihuş oldum,
Şərbət içim dilindən.
28.11.18.

Darıxıram bu boyda nəfəslərin içində,
Sanki bir dənizdəyəm,sular qoynuna dalır.
Ürək geri çevirir əcəlin əllərini,
Özümsə göylərdəyəm,səma yanına alır.
 
Başımın üstündəki buludları gözləsəm,
Günəş baxıb ağladar torpağımın qatını.
Süzülər yağan yağış kirpik-kirpik üstünə,
Damcısıyla isladar dodağımın çatını.

Bəlkə onda rəngləyəm ağ-qara ürəyimi
Bilirəm ki içimdə kinli guşələr yatır.
İmdadıma sükunət ,boş otaq,soyuq balış,
Bir də eyni biçimdə çirkli şüşələr çatır.

Yazıya 606 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.