Cənab prezident İlham Əliyevin verdiyi sərəncama əsasən 2019-cu il “Nəsimi” ili elan edilib. Sərəncama əsasən təhsil ocaqlarında ənənəvi olaraq tədbirlər qeyd edilməkdədir.
Milli Qəhrəman Ş.Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə “Zərrə mənəm, günəş mənəm” devizi ilə İmadəddin Nəsimiyə həsr olunmuş tədbir keçirildi. Tdəbirin təşkilatçısı, məktəbin tərbiyə işləri üzrə direktor müavini Günay Nadirova bildirdi ki, sentyabr ayında ölkədə H. Əliyev fondunun təşəbbüsü ilə Nəsimi festivalı keçirilmişdir. Noyabr ayında ölkə prezidenti İlham Əliyev Nəsiminin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam vermişdir. Tədbirin Nəsimi festivalı ilinin sonunda, yubiley ilinin astanasında reallaşmağı bu səbəblərdən irəli gəlir. Məktəbin direktoru Elşən Əzimov çıxış edərək Nəsimi poeziyasının fəlsəfi qatlarından söz açdı, onun türk və fars dillərində yazdığı qəzəllərdən örnək gətirərək hürufi təliminin sirlərinə qısa bir səyahət etdi. Rayon təhsil şöbəsinin məsləhətçisi İsmayıl Məhəmmədov çıxışında bildirdi ki, 35 saylı məktəb təhsildəki uğurlarıyla yanaşı, həm də respublika səviyyəli möhtəşəm tədbirləri ilə də yadda qalır. Tədbir şagirdlərin, və muğam sənətçilərinin ifasında ədəbi-bədii kompazisiya ilə davam etdi. Kompazisiyada böyük şairin qəzəllərindən və İsa Hüseynovun “Məhşər” romanın motivlərindən istifadə edilmişdi. Şagirdlər Nəsimi, Əmir Teymur, Şəms və digər rolları məharətlə oynadılar.
Tədbirdən fotoları təqdim edirik.
Yazıya 473 dəfə baxılıb