Adil Mirseyidin “Son şeir, son vəsiyyət” adlı yeni kitabı təqdim ediləcək

photo_4824kultur.az xəbər verir ki, tanınmış şair-rəssam Adil Mirseyidin “Son şeir, son vəsiyyət” adlı yeni kitabı çap olunub.

İşıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda 29 noyabr saat 14:00-da oxuculara təqdim ediləcək.

Təqdimatda Adil Mirseyidin qələm dostları iştirak edəcək.

Qeyd edək ki, kitabda şairin ömrünün son illərində qələmə aldığı, heç yerdə çap edilməyən şeirləri toplanıb.

Yazıya 485 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.