“Üçrəngli bayrağın dördüncü rəngi- Şəhid!” – Elçin

90595071_3382396031774051_2116871612195143680_nBir yanan ocağın qaralan közü,
Bir bəxtsiz atanın bükülən dizi,
Bu yurdun alnına yazılan yazı-
Şəhid!

Qanın asimana qalxan buxarı,
Tanrıdan yuxarı, göydən yuxarı,
Atılan güllənin ətdən məzarı-
Şəhid!

Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kar olan, kor olan vaxtı…
Şəhid.

Üstünə yükləsən parçalar dağı,
Nə var e çiynində bu dərddən ağır?
Kasıb qapısında qurulan çadır-
Şəhid!

Ümidsiz gözlərin çatılan qaşı,
Və ömrün bitməyən soyuğu, qışı,
Səmadan asılı qalan göz yaşı-
Şəhid!

Heç vaxt əriməyən zirvənin qarı,
Arzusu yarımçıq, ümidi yarım,
Mərmidən deşilmiş əsgər paltarı-
Şəhid!

Gəlməyən sabahın itkin günəşi,
Yarımçıq bir bəxtin yarım gərdişi,
Sinədən açılan yaylım atəşi-
Şəhid!

Batan bir günəşin can verən bərqi,
Torpağa qan ilə çəkilən sərgi,
Üçrəngli bayrağın dördüncü rəngi-
Şəhid!

Yazıya 433 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.