Dörd günlük Tovuz döyüşlərindən 44 günlük Vətən Müharibəsinə – “Doğuluş” adlı kitab işıq üzü görüb

274463941_2961288307535174_790408483956021146_n“Tovuz” Xeyriyyə Cəmiyyətinin və “Tovuz” qəzetinin birgə layihəsi ilə 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən və 44 günlük Zəfər tariximizdən bəhs edən “Doğuluş” adlı kitab işıq üzü görüb.  Yazıçı-publisist Ramiz Çıraqlının və “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəriblinin müəllifliyi ilə işıq üzü görən kitabın ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2020-ci il tarixli  çıxışı yer alıb. Sonrakı səhifələrdə Tovuz döyüşləri, bu döyüşlərin nəticələri, beynəlxalq aləmdə rezonansı, Tovuz döyüşlərinin mətbuat səhifələrində inikası və qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolları barədə söhbət açılır.

200 səhifədən ibarət kitab “Maarif nəşriyyatında dərc edilib. Kitabın redaktorları Rəşid Faxralı və Mübariz Musaoğlu, məsləhətçisi Adil Həsənovdur.

“Doğuluş” kitabı geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Yazıya 127 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.