kultur.az xəbər verir ki, “Azərkitab” Kitab Mərkəzi fəaliyyətini müvəqqəti olaraq dayandırır. Mərkəzin bağlanmasına səbəb maliyyə çatışmazlığıdır. “4 ildir ki, yerləşdiyimiz inzibati binanın icarə haqqı ve digər xərcləri bizim üçün artıq çətindir. Buna görə də fəaliyyətimizi müvəqqəti olaraq dayandırmağa qərar verdik”. Ümid edirik və inanırıq ki, dövlətimiz tərəfindən “Azərkitab” üçün uyğun bir məkanda yer veriləcəkdir. Bu haqda “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov məlumat vermişdir.
Həsənov Sabirin təbiirincə desək, “Azərkitab”ın məqsədi mütaliəyə maraq oyatmaq, gəncləri pis vərdişlərdən çəkindirmək və kitaba dönməkdir.
Yazıya 96 dəfə baxılıb